Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:05
Ilham Əliyev
Ilham Əliyev

AzadlıqLive - İlham Əliyev: "Erməni məsələsi bəhanədir"

Ölkədə və dünyada baş verənləri burdan izləyin

Ölkədə və dünyada baş verənləri burdan izləyin

13:16 30.5.2016

Liberman : "Azərbaycanla münasibətlər çox geniş və olduqca dinamikdir"

İsrail və Azərbaycan arasında əməkdaşlıq ən geniş spektr üzrə və olduqca dinamik inkişaf edir. Bunu İsrailin yeni müdafiə naziri Aviqdor Liberman Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, münasibətlərin səviyyəsi həqiqətən də çox yüksəkdir və iki ölkə üçün onların əhəmiyyətini qiymətləndirmək çətindir: "Bütün sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi dövlətlərimizin maraqlarına cavab verir və mənə oldquca perspektivli görünür".

13:48 30.5.2016

İraqda Real Madridin 12 azarkeşi öldürülüb

İraqda 4 terrorçu Avropa Çempionlar Liqasının final oyunu gedən vaxt Real Madridin azarkeşləri olan kluba daxil olub və fərq qoymadan atəş açmağa başlayıb.

Daily Star qəzeti yazır ki, hadisə mayın 28-də Bağdadaın 65 km-liyindəki Bakuba şəhərində olub. Hadisə oyunun sonuna az qalmış baş verib.

Nəticədə Realın 12 azarkeşi öldürülüb. 8 nəfər yaralanıb. Onların hamısı İraq vətəndaşıdır. Zərərçəkənlərin yaşı 18-30 arasındadaır. Hücum edənlər çıxıb, gedə biliblər.

Finalda Madridin Real və Atletico klubları qarşılaşırdı. Real qalib gəldi.

14:51 30.5.2016

Almaniyada sel. 3 nəfər boğuldu

İnsident Baden-Byutrenberq torpağında baş verib. Sel bir anın içində peyda olduğundan onları xilas eləmək mümkün olmayıb.Küçə və maşınları su basıb, evlər dağılıb.

Almaniyada sel 3 nəfərin həyatına son qoyub
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

15:40 30.5.2016

SOCAR-ın 335 milyon dollarlıq yeni binası (Fotoqalereya)

Davamı

XS
SM
MD
LG