Bakıda küçə musiqiçilərinə "yaşıl işıq"
Bir vaxtlar Bakıda küçə musiqiçiləri polisin qadağası ilə üzləşirdirlər. İndi Bakıda mənzərə dəyişib. Küçədə nəinki çalıb-oxuyurlar, həm də rəqs edirlər.
«Bakı Univermağı» ata malı kimi bölüşdürüldü
Səhmdarların sonuncu ümumi yığıncağında qərar verilib ki, «Bakı Univermağı»nın daşınmaz əmlakı səhm payına uyğun nisbətdə bölünəcək. Bunu ədalətli yanaşma sayan səhmdar Ramiz Əliyevin bir gileyi də var. O, Bakının mərkəzində, Hökumət Evi ilə üzbəüz yerləşən yaşayış binasının ilk iki mərtəbəsini tutan ticarət obyektinin səhmdar cəmiyyəti kimi fəaliyyətini dayandırmasından xoşhal deyil: «Uzun illər idi ki, univermağın qazancından xeyir görmürdük, amma ötən il, nəhayət, hər səhmə görə 2 manat divident aldıq. İndi isə belə çıxır ki, əmlakın 96 faizi əsas səhm sahibinin mülkiyyətinə keçəcək və qalan səhm sahibləri az bir sahəni idarə edəcəklər».
Bu günki AzadlıqLive-da:
Vəkil deyir ki, “üzləşdirmədə şahidin Tale Bağırovun üzünə durmağa məcbur edildiyini gördük”.
Nardaran hadisələrinə görə tutulan 70 nəfərin bir hissəsinin istintaqı yekunlaşıb
Xaricdə təhsil dövlət proqramları dayandı. Ümid ianəyə qalır.
İşaxtaran deyir ki, “ işsizi başlarından edirlər”
İran prezidenti: "Qərbi Azərbaycanın qonaqpərvərliyi turizmə bəsdir"
İran prezidenti Qərbi Azərbaycanın qonaqpərvərliyini tərifləyir
İran prezidenti Hassan Rouhani Qərbi Azərbaycan vilayətinə səfər edib. Orda mətbuat konfransında suallardan biri də turizm barədə olub. Həmin suala cavabında prezident deyib: “turizmdə ən vacib məsələ təhlükəsizlikdir, bu isə burda ən yaxşı durumdadır. Qonaqpərvər Qərbi Azərbaycan əhalisinin birliyi elə turizm cəlb etməyə bəsdir.”
“Qərbi Azərbaycanın nəhəng potensialı var”. – Bunu İran prezidenti Rouhani mayın 31-də Urmiyada həmin mətbuat konfransında deyib. O davam edib ki, “ 3 ölkə ilə sərhəd olan Qərbi Azərbaycan vilayətinin strateji və çox əhəmiyyətli rolu var”. Prezident bildirib ki, onun regiona səfərindəbu vilayətin “sərhədlərini fəallaşdırmaq müzakirə olunub”.