Kredit məhbusları azadlığa çıxır
«Beynəlxalq Bank işi»nə görə tutulanlardan daha iki biznesmen azadlığa buraxılıb. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi iyunun 1-də qərar verib.
APA-nın xəbərinə görə, məhkəmə qərarı ilə təqsirləndirilən iş adamları Elxan Cavad və Cavid Muxtarov həbsdən azad edilib.
Həmin şəxslər Azərbaycan Beynəlxalq Bankından kredit götürüb qaytarmamağa görə saxlanmışdılar.
1 iyun- Beynəlxalq Uşaq Günüdür
Bu uşaqlar qabiliyyətlərinə görə yaşından xeyli böyükdür. Bəzilərinə isə əsl vunderkind demək olar. 3 yaşlı İsanın riyaziyyat və ingilis dili bilgilərini yoxlayırlar. “Onu dedim də…” Videolar burada
Marcelo medalını Facebook-da mükafat kimi qoyub
Real Madridin braziliyalı ulduzu Marcelo UEFA Çempionlar Kubokunu qazananda aldığı medalı Facebook-da mükafat kimi qoyub. Marcelo yazır ki, kimsə nə vaxtsa nədəsə birinci olub. İstəyənlər bu bu xatirələrini, təəssüratlarını Facebook-da yazsınlar. Marcelonun hansı yazı xoşuna gəlsə, medalı ona verəcək və üstəgəl Adidas Futball X16 butslarını ona hədiyyə edəcək. Marcelonun müsabiqəsi iyunun 4-də bitir.
Twitter rus rəsmiləri ələ salan hesabları bağladı
Twitter Rusiya rəsmilərini məsxərəyə qoyan parodiya hesabları yığışdırıb. Bu, həmin hesabların izləyicilərini qəzəbləndirib, onlar sosial şəbəkənin Kremlin təzyiqinə boyun əydiyini deyirlər.
Mayın 31-də Twitter-də Rusiya hökumətini bizləyən azı 5 ingilisdilli hesab bağlanıb.