Şimali Koreyanın uğursuz raket sınağı
Pxenyan mayın 31-də ölkənin şərq sahilindən orta məınzilli ballistik raket buraxıb. Amma sınaq uğursuz olub, raket havada partlayıb. Şimali Koreya bu ilin aprelində də 3 uğursuz sınaq keçirib.
Tusk Avropa Birliyinin parçalanması riskindən danışır
“Vahid və problemsiz Avropa xülyası ilə yaşayan Avropa Birliyi liderləri reallıqdan uzaqlaşaraq populistlərə uduzmaq və blokun parçalanması riskinə gedirlər”.
Bunu bazar ertəsi Avropa Şurasının prezidenti Donald Tusk bəyan edib.
Ermənistanda bir general, iki polkovnik həbs olunub
Mayın 30-da Ermənistanda bir general - Mels Chilingaryan və iki polkovnik - Armen Markaryan və Mger Papyan həbs olunub. Bunu Arminfo xəbər verir.
İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan öz Facebook səhifəsində yazıb ki, həbslər iki istintaq işi üzrə gedib. Bunlar orduya keyfiyyətsiz məhsulların alınması və malların şişirdilmiş qiymətlə alınması üzrə istintaq işləridir.
General Chilingaryan mayın 23-də prezident Sarkisyanın əmri ilə Oduda İdarə rəisliyindən çıxarıldı.
"335 milyon israfçılıqdır" deyənlərə
SOCAR-dan cavab: “Binanın tikintisi deyilənlərdən qat-qat ucuz başa gəlib”. Ətraflı axşm saat 8-də AzadləqLive-da