Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 12:24
raxiv fotosu
raxiv fotosu

AzadliqLive - Samvel Babayan deyir ki, nə beynəlxalq aləmin razılığı 

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:01 23.5.2016

"Türkiyə dünyanın 140 ölkəsində inkişaf proqramları həyata keçirir".

APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti R.T. Erdogan İstanbulda keçirilən Dünya Humanitar Forumunun açılış mərasimində çıxış edərkən deyib. O bildirib ki, Türkiyə 3 milyondan çox suriyalı və iraqlı mühaciri ölkədə qonaq edir: “Bu sığınma prosesi davam etsə də, təhdidlə qarşı-qarşıya qalan kim olursa olsun, qapımızı insanlara, insanlığa bağlamayacağıq. Hazırki beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında təəssüf ki, zəif qalıb."

13:47 23.5.2016

Obama Vyetnamda

O, Hanoyda həmkarı Tran Dai Guangla görüşdən sonra, Milli Assambleya-nın sədri ilə birlikdə prezident sarayındakı bağı gəzir. Onlar hovuza yaxınlaşanda ayaq saxlayır və balıqları yemləməyə başlayırlar. Qeyd edək ki, Barack Obama Vyetnamda 3 günlük səfərdədir.

Obama Vyetnamda balıqları yemləyir
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

14:22 23.5.2016

Elçin Sadıqov narkotik olan torbaların ekspertizasını tələb edir

Vəkil vəsatətində "heykəl məhbuslarına" aid olduğu iddia edilən narkotik vasitələrin büküldüyü polietilen torbalar üzərindəki əl-barmaq izlərinin götürülməsini və kimlərə məxsusluğunu müəyyən etməkdən ötrü ekspertiza təyin olunmasını xahiş edir. Söhbət həm onların evlərindən, həm də ciblərindən tapıldığı iddia edilən narkotikdən gedir.

14:29 23.5.2016

“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır”

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.

Davamı

XS
SM
MD
LG