Nalbandyan:"ərazilərlə bağlı güzəşt məsələsi müzakirə olunmayıb"
Ermənistanın xarici işlər naziri Edvard Nalbanyan deyib ki, Sergey Lavrovun Yerevana səfərində ərazilərlə bağlı güzəştlər məsələsi müzakirə olunmayıb.
O həmçinin deyib ki, Lavrov təkliflər paketi gətirməmişdi. Jurnalistlərin suallarına cavab verən Nalbandyan bildirib ki, "paket yoxdur və bunu Lavrovun özü də dedi və süni suallar vermək lazım deyil". (Azadlıq Radiosunun erməni xidməti)
Çernobl hadisələri "likvidatorlar"ın yaddaşında
30 il əvvəl baş verən Çernobl qəzasında könüllü kimi çalışan "likvidatorlar" öz hekayələrini danışırlar. 1986-cı ildə Ukraynanın paytaxtı yaxınlığında yerləşən Çernobıl AES-də qəza olmuşdu. Hadisə zamanı 7000-ə yaxın insan ölüb, 25000 insan radiasiya nəticəsində ömürlük şikəst qalıb.
"Heç bir kompromisdən danışa bilmərəm"
"Bu gün mən heç bir kompromisdən danışa bilmərəm və bu kompromissi görmürəm". Bunu Ermənistanın Müdafiə naziri Seyran Ohanyan jurnalistlərin "Ermənistan hansı həddəcən kompromissə gedə bilər?"-sualına cavab verərkən deyib.(Azadlıq Radiosunun erməni xidməti)
Atəşkəs 130 dəfə pozulub
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 130 dəfə pozublar.
Bu zaman 82 və 120 millimetrlik minaatanlardan, 122 millimetrlik toplardan istifadə edildiyi bildirilir. Məlumatda deyilir ki, Ağstafa, Gədəbəy. Qazax, Tovuz və digər rayonların əraziləri atəşə məruz qalıb.