Necə olub ki, Yunuslar ölkəni tərk edə biliblər?
Onların vəkili Elçin Sadıxov bildirir ki, dünən Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə kassasiya şikayətinə baxılıb və kassasiya şikayəti təmin edilərək Leyla Yunus və Arif Yunusun ölkədən çıxışına icazə verilib.
Şikayətə təcili baxıldığı üçün məhkəmə baxışı barədə bizə məlumat verilməyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya gəlir.
Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
ANSPRESS-in xəbrinə görə, M.Zaxarova səfərin bu həftə sonuna planlaşdırıldığını qeyd edib. S. Lavrov regiona səfəri çərçivəsində Ermənistana da gedəcək.
Erməni kəndi Nazarbayevin adını əsas küçədən götürür
Ermənistanın Şirak vilayətinin Arıç kəndinin sakinləri 10 il idi ki, öz kəndlərində əsas küçəyə Nursultan Nazarbayevin adını vermişdilər, indi bu adı götürmək istəyirlər.
Onlar Qarabağ məsələsində Nazarbayevin mövqeyindən qəzəbləniblər. Kənd bələdiyyəsinin sədri Roland Nazaretyan Azadlıq Radiosunun Erməni xidmətinə deyib ki, Nazarbayev azərbaycanlıların tərəfini tutmaqla "əsil simasını göstərdi"