Bu günki AzadlıqLive-da:
Lavrov son 15 gündə ikinci dəfə Bakıya gəlir
Dağlıq Qarabağ münaqişəsinin AŞPA-da müzakirəsi geri çəkilsə də, mütləq olacaq
Torpaqdan istifadə etmirsənsə, hər 100 kv metrə görə 10 manat vergi ver. Parlamentdə hazırlanan yeni qanun layihəsi
Bir ara səngiyən proses yenə sürətlənir: Bakıda ticarət obyektləri yenə bağlanır
Avropa Parlamenti türk dilinin Avropa Birliyinin rəsmi dilləri sırasına salınmasına səs verdi. Ancaq bu kifayətdirmi?
Avropa Parlamenti qərar verib ki, türk dili Avropa Birliyinin 25-ci rəsmi dili olsun.
Bəzi Avropa mediasının Avropa parlamentinin bu qərarını kəskin tənqid, Türkiyə mediasının isə bayram etdiyi vaxt, bir fakt yaddan çıxır ki, Avropa Parlamentinin qərarı Birliyinin üzvü olan 28 ölkə üçün məcburi deyil, yalnız çağırışdır.
Türk dilinin rəsmi Avropa dili olması üçün bu məsələni Avropa Komissiyası qaldıra bilər, ancaq bu vaxt 28 ölkənin hər biri buna "hə" deməlidir. Və yaxud fərdi qaydada Avropa Birliyi ölkəsi türk dilini rəsmi dil kimi tanıya bilər.
Erməni kəndi Nazarbayevin adını əsas küçədən götürür
Ermənistanın Şirak vilayətinin Arıç kəndinin sakinləri 10 il idi ki, öz kəndlərində əsas küçəyə Nursultan Nazarbayevin adını vermişdilər, indi bu adı götürmək istəyirlər.
Onlar Qarabağ məsələsində Nazarbayevin mövqeyindən qəzəbləniblər. Kənd bələdiyyəsinin sədri Roland Nazaretyan Azadlıq Radiosunun Erməni xidmətinə deyib ki, Nazarbayev azərbaycanlıların tərəfini tutmaqla "əsil simasını göstərdi"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya gəlir.
Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
ANSPRESS-in xəbrinə görə, M.Zaxarova səfərin bu həftə sonuna planlaşdırıldığını qeyd edib. S. Lavrov regiona səfəri çərçivəsində Ermənistana da gedəcək.