Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:55
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel

AzadlıqLive - Rusiya planı keçəcəkmi?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

19:57 18.4.2016

Qarabağ danışıqlarına şəxsən Putin kömək edəcək

Rusiya və şəxsən prezident Vladimir Putin bu yaxınlarda başlayacaq Dağlıq Qarabağ üzrə danışıqlarda kompromisə nail olunmasına fəal yardım göstərəcək.

Turan-ın xəbərinə görə, Rusiyanın “İzvestiya” qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən belə yazır.

19:55 18.4.2016

Sel Lerikdə insanlara böyük ziyan vurub- [Fotolar]

18:43 18.4.2016

Komitə sədrindən Qarabağ qazilərinə irad

“Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub, deyir ki, yeni maşın verin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir?”.

Bu sözləri parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Modern.az-ın xəbərinə görə, komitə sədri vurğulayıb ki, bu doğru yanaşma deyil.

“Nə edirsən, yenə də elə narazı qalırlar” - deyən G.Rəcəbli Qarabağ müharibəsi əlillərinə mənzillərin mərhələli şəkildə verildiyini qeyd edib.

Ancaq bir sual yaranır: Görəsən millət vəkilinin Qarabağ qazilərinə irad tutmağa haqqı varmı?

18:19 18.4.2016

İki Astara arasında körpü

Aprelin 21-də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astaraçay üzərindən dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək. Körpü Azərbaycanın Astara rayonu ilə İran Astarası arasında yerləşəcək. Bu haqda İran Dəmir Yol İdarəsinin rəisi Möhsün Purseyid Ağayi deyib.

Davamı

XS
SM
MD
LG