Prezidentin sərəncamı məhkəmədə araşdırılır
Aprelin 18-də ABŞ Ali Məhkəməsində Prezident Barack Obama-nın qanunsuz miqrantların deportasiya olunmamasına dair sərəncamıyla bağlı şifahi arqumentlər dinlənəcək.
Obama həmin sərəncamı 2014-cü ildə imzalayıb, ancaq aşağı instansiya məhkəməsi sərəncamı rədd edib.
Sərəncamda qanunsuz miqrantların deportasiyadan qorunması, uşaqları ABŞ-da doğulmuş xeyli sayda sənədsiz qeyri-vətəndaşlara iş izninin verilməsi nəzərdə tutulur.
400 miqrant batıb
Qeyri-leqal yolla Avropaya gələn miqrantların gəmisi Aralıq Dənizində qəzaya uğrayıb. BBC-nin məlumatına görə, 400-ə yaxın miqrant batıb. İtaliyaya gələn gəmi Misir sahillərində qəzaya uğrayıb. Ölənlərin əksəriyyəti Somali vətəndaşlarıdır. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
“Dustaqların sayı çarpayıların sayından çoxdu”
Həbsdən yenicə azadlığa çıxan Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov həbsxana xatirələrini, düşüncələrini AzadlıqRadiosu ilə bölüşür.
Prezidentin impiçmentinə "hə" dedilər
Braziliya parlamentinin aşağı palatası prezident Dilma Rousseffin impiçment prosesinin başlanmasına səs verdi.
Prezident özünə dəstəyi artırmaq üçün dövlət büdcəsi ilə manipulyasiya etməkdə ittiham olunur. İndi parlamentin yuxarı palatası da "hə" desə, prezidentin parlamentdə məhkəməsi başlanacaq. .