Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 19:15

AzadlıqLive - Ən çox protokol yazan polisə mükafat. Amma bir şərtlə...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

17:46 11.4.2016

Moskvada Zhirinovsky-yə heykəl qoyulub

Moskvada Liberal-Demokrat partiyanın lideri Vladimir Zhirinovsky-yə heykəl qoyulub. 3 metrlik heykəl Dünya Sivilizasiyalar İnstitutunun həyətində qoyulub. Bu institutu Zhirinovsky təsis edib.

Məşhur heykəltəraş Zurab Tseretelinin düzəltdiyi heykəl Zhirinovsky-nin xoşuna gəlib. Tsereteli isə deyib ki, "bu heykəl Rusiyanı sevən şəxsə qoyulub".

17:11 11.4.2016

Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub

Bunu lent.az-a Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib.

G.Aslanova bildirib ki, təhsil ocağının yeni rəhbəri Gəray Gəraybəylidir. Gəray Gəraybəylini səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.

Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışıb.

17:04 11.4.2016

Cənubi Osetiya Rusiyaya birləşmə referendumu keçirmək istəyir

Cənubi Oİseiya liderliyi bu ilin avqustuna qədər Rusiyanın tərkibinə daxil olmaq barədə referendum keçirməyi planlaşdırır. Bunu Cənubi Osetiyanın lideri Leonid Tibilov Tass agentliyinə deyib.

15:50 11.4.2016

Yerevanda aprelin 9-da keçirilən aksiyanın videosu

Respublika Meydanına toplaşanlar beynəlxalq ictimaiyyətin Qarabağda baş verənlərə baş verənlərə qarşı lazımi reaksiya vermədiyinə etiraz ediblər. Aksiya eyni meydanda yerləşən oteldə ATƏT-in Minsk Qrupunun üzvlərinin mətbuat konfransı keçirilən vaxt təşkil olunmuşdu

Yerevan sakinləri etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Davamı

XS
SM
MD
LG