Manat "üzəndən" sonra bir sıra böyük banklar kredit verməyi dayandırıb
Azərbaycan Mərkəzi Bankı “üzən məzənnə” rejiminə keçdikdən sonra ölkənin aparıcı bankları kreditləşməni dayandırıb.
Fins.az xəbər verir ki, bunlar “Amrahbank”, “Unibank”, “Bank of Baku”, “Kapital Bank”, “Bank VTB Azərbaycan”, “Accessbank”, “Bank Standard”, “Rabitəbank”, “NBC Bank”, “Yapı Kredi Bank Azərbaycan”, Dekabank” və Pakistan Milli Bankının Bakı filialıdır.
“Turanbank” isə manatla kreditləşmədən imtina edərək müştərilərinə yalnız dollarla borc verir. Bəzi banklarda isə kreditin verilməməsininin devalvasiya ilə heç bir bağlılığının olmadığı, ilin sonu olduğuna görə kreditləşmənin dayandırıldığı bildirilir.
Hökumət isə Formula 1 - i fikirləşir
«Manatın devalvasiyası Azərbaycanda 2016-cı ildə keçiriləcək Formula 1 yarışının və 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək».
APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, hər iki yarışmanın büdcəsi artıq təsdiq olunub, yarışların büdcəsi əvvəldən dollarla hesablanıb, büdcədə hər hansı dəyişiklik gözlənilmir.
Onun sözlərinə görə, hər iki yarışın idmançıları yarışlarda öz ölkələrinin vəsaiti hesabına iştirak edəcəklər: «Narahatlığa əsas yoxdur».
2016-cı ildə Bakıda keçiriləcək «Formula 1» yarışması ilə bağlı yolların hazırlanması üçün aparılan işlərə 12 milyon manat xərclənməsi nəzərdə tutulub.
Jurnalist Rasim Əliyevin döyülməsinin görüntüsü yayılıb
İnternetdə mərhum jurnalist Rasim Əliyevin bu ilin avqustunda bir qrup şəxs tərəfindən döyülməsinin görüntüsü yayılıb.
Görüntünü AnnTV.az saytı yayıb.
Qeyd edək ki, Rasim Əliyevin ölümünə görə, “Qəbələ” klubunun futbolçusu və kapitanı Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bu günki AzadlıqLive-da:
İqtisadçı Natiq Cəfərli hesab edir ki, əslində hökumət idxalın azaldılması ilə bağlı qərarı 10 il qabaq gündəmə gətirməli idi. İkincisi, ciddi istehsal yaratmaq hökümətin fikirləşdiyi kimi heç də asan deyil, kompleks islahatlar lazımdır
Nazir Azad Rəhimov deyir ki, Formula 1 yarışlarına hazırlıq Bakı sakinlərinə problem yaratmayacaq
Nazir Azad Rəhimov
No media source currently available
İdman şərhçisi Sərxan Musayev başqa fikirdədir: böyük tıxaclar olacaq
Əməkdar artist Ələsgər Məmmədoğlu 2011-ci ildə Azadlıq Radiosuna Bakı, teatr, kino, televiziya barədə nə deyirdi?