Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 14:07
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

"Mənim oğlum həbsxanaya aslanlar kimi girib, elə aslanlar kimi də çıxacaq"

"Mənim oğlum həbsxanaya aslanlar kimi girib, elə aslanlar kimi də çıxacaq, əqidəsindən dönməyəcək. Elvin bizim başucalığımızdır. Saxta ittihamla onu həbsxanaya atanlar, gəncliyini əlindən alanlar utansın..."

Bunu AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin anası oğlu barədə çıxarılan məhkəmə qərarından sonra açıqlamasında dedi.

Dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsində gənc fəalın apellyasiya şikayətinə baxıldı. Abid Abdinbəyovun sədrliyilə keçirilən məhkəmə iclasında Elvin Abdullayevin özü də iştirak edirdi.

Elvin Abdullayevin 6 il azadlıqdan məhrum edilməsi barədə hökm isə qüvvədə saxlanıldı.

Putin Ermənistanda daha çox sevilir

Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini Rusiyada respondentlərin 72% müsbət qiymətləndirirsə Ermənistandakı repondentlərin 79%-i müsbət qiymətləndirir.

Dünya liderləri arasında öz ölkəsində ən böyük reytinqə malik olan da Putindir.

Liderlərin ölkələri öz xaricindəki reytinqlərinə gəlincə isə Putinə ən yüksək qiyməti Ermənistan respondentləri verib – 79%. Onun ardıca Vyetnam (76%) və Serbiya (72%) gəlir. Ancaq ümumən Putinin xaricdəki qiymətləri müsbətdən çox mənfi olub.

ABŞ və Avropa ölkələrinin liderləri isə öz ölkələri xaricində mənfidən daha çox müsbət qiymətlər alıblar. Hamıdan çox müsbət qiyməti Barak Obama alıb – 59%.

BU, Gallup International" təşkilatının sorğusudur.

İşçi qrup 22 nəfərlik siyahı verir

Dekabrın 24-də İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Prezident yanında Əfv Məsələləri Komissiyasına 22 nəfərlik siyahı təqdim edib. Yaxın günlərdə Komissiya görülən işlərlə bağlı prosesi yekunlaşdıracaq.

Jurnalistin valideynləri prezidentdən kömək istəyir

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin valideynləri - Məmmədəli Əliyev və Teyfurə Əliyeva dekabrın 24-də İlham Əliyevə müraciət edib. Buna səbəb isə zərərçəkmişlərin jurnalistin ölümü ilə bağlı istintaqın nəticəsindən narazı qalmasıdır. Xüsusən, Rasim Əliyevin ölümü ilə nəticələnən insidentin səbəbkarı - futbolçu Cavid Əliyevin işinin ayrılması və həkimlərin məsuliyyətə cəlb olunmaması etiraz doğurub.

Davamı

XS
SM
MD
LG