Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 02:20
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Un niyə bir gündə 25 faiz bahalandı?

Son bir gündə unun qiymətinin təqribən 25 faiz artdığı bəlli olur. Əgər bir neçə gün əvvəl 50 kiloqramlıq un kisəsi 19 manata təklif edilirdisə, indi bunu 24 manat 50 qəpiyə qaldırıblar. Topdansatış məntəqələrində bildirirlər ki, qiyməti dəyirmanlar qaldırıblar.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycanda ən iri un istehsalçılarından olan Karmen MMC ilə əlaqə saxladıq. Ancaq cəmiyyətdən qiymət artımı ilə bağı deyilənləri nə təkzib, nə də inkar etdilər.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə deyir ki, unda qiymət artımı dəyirmanlardan yox, ölkəyə taxıl idxal edən firmalardan asılıdır. İqtisadçının sözlərinə görə, ölkəyə müxtəlif firmalar taxıl idxal etsələr də onlar bir əldən idarə edilir. Nəticədə də qiymətləri həmin əl müəyyən edir:
“ Azərbaycanda Dövlət Taxıl Fondu yaradılıb. Bu fondda taxıl ehtiyatı əvvəl 250 min, sonra 500 min, bu il isə 750 min tona çatdırılıb. Bu çox böyük ehtiyatdır”

Böhran əyalət qəzetlərinə də çatdı

Ölkədə baş verən bahalaşma əyalət qəzetlərinin qapısını döyməkdədir. Tədricən həmin qapılar qapanmaqdadır. Elə rayon qəzetləri var ki, böyük fasilələrlə çıxır. Cənub bölgəsində öz populyarlığı ilə seçilən, redaksiyası Masallı şəhərində yerləşən «Cənub xəbərləri» qəzeti əvvəllər ayda 3 dəfə çıxıb. Sonralar ayda 2 dəfə çap olunmağa başlayıb. Artıq bir müddətdir ki, bu qəzet çapını dayandırıb.

İxrac azalır, idxal artır

Halbuki manat düşürsə, tam tərsinə olmalı idi. Belə çıxır ki, manatın düşməyi iqtisadi dirçəlişə xidmət etmir.

Bu ilin 11 ayında xarici ticarətin həcmi ötən ilin eyni dövrünə nisbətən 34.73 faiz azalıb. Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, idxal əməliyyatları 1.03 faiz artsa da, ixrac əməliyyatları 48.73 faiz azalıb.

Əsas malların ixracında azalmalar belə olub:

Xam neft – 53.01 %

Neft məhsulları – 45.62%

Təbii qaz – 27.11 %

Çay – 36.17%

Bitki və heyvan mənşəli piy və yağlar – 21.42%

Ruslar oğurladıqları pulları necə yuyurlar

“Hər il dünya üzrə 1 trilyon dolları korrupsioner məmurlar oğurlayırlar. Bu pulu xərcləmək, yəni yumaq lazımdır. Və bunun böyük bir hissəsi də Birləşmiş Krallıqda daşınmaz əmlaka sərf olunur. Hər ay Böyük Britaniyaya 1.5 milyard dollar həcmində qeydə alınmamış kapital axır”. Bunu “The Newsweek” yazır

Bəs bu pul əsasən haradan gəlir? Rusiyadan. Dekabrın 15-də Vaşinqtonda göstərilən “Rusiyadan nağd pulla” adlı sənədli filmdə məhz bu mövzudan bəhs olunur. Filmdə Britaniya daşınmaz əmlak agentlərinin böyük komisyon əvəzində sövdələşmənin qanuniliyini araşdırmağa meylli olmadığı öyrənilib.

Rusiyanın “Boris” adlı naziri “Nastya” adlı rəfiqəsi ilə Londonun mərkəzində 5-otaqlı, saray kimi mənzilləri gəzir. Hər dəfə də onu fərqli daşınmaz əmlak agenti müşayiət edir.

“The Newsweek” yazır ki, Birləşmiş Ştatlarda belə problem yoxdur, agentlər müştəriləri barədə hesabat verməyə borclu deyillər. Ancaq Birləşmiş Krallıqda durum fərqlidir. Agentə elə gəlirsə ki, potensial müştərisi pul yuyur, onunla bağlı Milli Cinayətkarlıq Agentliyinə hesabat təqdim etməlidir.

Davamı

XS
SM
MD
LG