Banklar «üzən məzənnəyə» keçiddən sonra valyuta məzənnələrini açıqlayıblar
«Unibank» dolları 1,55 manata alır, 1,579 manata satır. «Bank of Baku»da isə dollar 1,519 manata alınır, 1,579 manata satılır.
Amma «Bank of Baku»da dolların həm alışına, həm də satışına 500 dollarlıq limit var.
Təcridxanada ölən polkovnikin meyiti verildi
Dekabrın 20-də Bakı İstintaq Təcridxanasında özünü asdığı deyilən MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevin meyiti tibbi ekspertizadan keçirilib. Meyit ailəsinə təhvil verilib.
Bu haqda AzadlıqRadiosuna İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə məlumat verib.
Vəkilin sözlərinə görə, İlqar Əliyev dəfn olunmaq üçün dekabrın 21-də Göyçay rayonuna aparılacaq.
Vəkil deyib ki, keçirilmiş ekspertizanın nəticələri haqqında hələ heç nə deyə bilməz: «Müayinə edib ailəsinə verdilər. Nəticə sonra bilinəcək».
«Yaxınları onun intiharı haqqında nə deyir» sualına vəkil «hələ istintaq gedir, istintaq yəqin ki, bir nəticəyə gələcək» cavabı ilə kifayətlənib.
Manat sərbəst buraxıldı/ 1 dollar 1.55 manat oldu
Mərkəzi Bankın dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
«ÜZƏ BİLMƏYƏCƏK»
İqtisadçı Natiq Cəfərli yazır: «Manatı «suya» buraxdılar, yazıq indi islanacaq, üşüyəcək, amma üzə bilməyəcək. Çünki öyrətmədilər, üzməyi biçarəyə, məşq etmədilər, normal hovuz qura bilmədilər bu 22 ildə. Qorxuram ki, manat da özünü asmağa cəhd etsin. Keçmiş olsun...».