Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 12:45
TV-lər arxiv fotosu
TV-lər arxiv fotosu

AzadlıqLive - Televiziyalarda Azərbaycan dili - Monitorinqin nəticələri

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

12:56 11.12.2015

Ildə 9 milyard

ABŞ-ın «Global Financial Integrity» Tədqiqat Təşkilatı xaricə qeyri-qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb. Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri –leqal yollarla pul çıxarılıb.

Siyahını «Azadlıq» qəzetinə şərh edən iqtisadçı Məhəmməd Talıblı deyib ki, həmin araşdırmanın nəticələrinə inansaq, az qala, Azərbaycanın neft gəlirlərindən xərclədiyi qədər ölkədən xaricə vəsait çıxarılıb: «Bu isə o deməkdir ki, investisiyanın kənara axması eyni zamanda həm istehsalın, həm də istehlakın itirilməsi riski ilə üzləşmişik və həmin əlavə dəyəri formalaşdıran ÜDM «piroqundan» əhəmiyyətli bir payı itirmişik. Nəzərə alsaq ki, ölkəmizin neft-qaz gəlirləri 118 milyard dollarının 83 milyardını xərcləmişik, bu o deməkdir ki, həmin məbləğdən də bir az artıq vəsaitin xarici ölkə iqtisadiyyatlarına xidmət etməsinə şərait yaratmışıq».

20:49 10.12.2015

Bu günki AzadlıqLive-da:

10 dekabr insan haqları günüdür-Azərbaycanda ən çox harda və hansı hüquqlar pozulur? -İnsan haqları müdafiəçisi Oqtay Gülalıyev deyir ki, harda pozulmur ki?! - Hüquqların qorunmasına siyasi iradə lazımdır.

Gözlə

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid

Cəbhə bölgəsində gərginlik artır. Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev deyir ki, indiki durum keçən ilin avqustundan qaynaqlanır

Gözlə

No media source currently available

0:00 0:01:14 0:00
Direct-ə keçid

Hərbi ekspert Üzeyir Cəfərli isə deyir ki, tərəflər bir-birinə güc nümayiş edirir.

Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid

19:35 10.12.2015

CİA: Türkiyədə Rusiya turistlərinə qarşı təxribat hazırlanır

Türkiyənin 81 şəhərində təhlükəsizlik gücləndirilib. Buna səbəb ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsinin - CİA-in Türkiyəyə verdiyi məlumatdır ki, Türkiyədə rus turistlərinə qarşı təxribat hazırlanır. Bunu HaberTurk bildirir.

CİA-in məlumatına görə, bu hücumu hazırlayan 3 fələstinlidir. Onların Sinay yarımadası üzərində Rusiya sərnişin təyyarəsinin partladılmasında da əli var. Həmin fələstinlilər İslam Dövləti Qruplaşması ilə bağlıdır.

19:21 10.12.2015

Həlak olan neftçilərin ailələrinə 15 min manat

Dekabrın 10-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Sərəncam imzalayıb.

Sənəddə deyilir ki, qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Azərbaycan Respublikasının 2015-ci il Dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilsin.

Davamı

XS
SM
MD
LG