Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 15:17
TV-lər arxiv fotosu
TV-lər arxiv fotosu

AzadlıqLive - Televiziyalarda Azərbaycan dili - Monitorinqin nəticələri

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

18:06 10.12.2015

Rusiyada irqçilik

Kazanda bir yerli siyasətçiyə məxsus supermarketin adı qalmaqalda hallanır. Səbəb odur ki, dükan mətbəx taxtalarının üzərindəki meymun ailəsi təsvirində bala meymunun üzünə fotoşopla ABŞ prezidenti Barack Obamanın sifətini "yapışdırıb".

İctimaiyyətin qınağı və bir xəbər saytının araşdırmalarından sonra dükan mətbəx taxtalarını satışdan yığışdırıb.

Kazanda supermarketdəki həmin taxta
Kazanda supermarketdəki həmin taxta

14:51 10.12.2015

Bir iraqlı Amerikada lotereyada 6 milyon uddu

İraqda yaşayan bir nəfər ABŞ-ın Oreqon ştatında keçirilən lotereyada 6.4 milyon dollarlıq cekpot udub.

O, dekabrın 1-də, udandan 3 ay sonra Salemdəki ofisdə mükafata sahib çıxıb.

Adı açıqlanmayan iraqlı pulunu 25 il müddətinə ilə 256 min dollar olmaqla əldə etməyi seçib.

14:44 10.12.2015

10 dekabr beynəlxalq insan haqları günüdür

Məhz dekabrın 10-u 1948-ci ildə Universal İnsan Haqları Bəyannaməsi qəbul olunub

BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il Qətnaməsi ilə 1950-ci ildən başlayaraq hər il 10 dekabr tarixi İnsan hüquqları günü kimi qeyd edilir.

Okeaniyada xırda , adalar dövləti olan Kiribatidə İnsan hüquqları günü hətta dövlət bayramıdır.

14:28 10.12.2015

Oqtay Gülalıyev: "bütün sahələrdə hüquqlar pozulur,- desək, daha düzgün olardı"

Dekabrın 10-u beynəlxalq insan haqları günüdür. Azərbaycanda insan haqları necə qorunur? Bu sualı hüquq müdafiəçisi Oqtay Gülalıyevə veririk.

- Sizcə, daha çox hansı sahədə hüquq və azadlıqlar pozulur?

- Mən fərq qoymazdım. Məncə, “bütün sahələrdə hüquqlar pozulur” desək, daha doğru olardı. Bu gün siyasi hüquqdan tutmuş insanların istirahət hüququna qədər tapdanır. Azərbaycanda təkcə ictimai-siyasi fəalların hüquqları məhdudlaşdırılmayıb. Eyni zamanda, əhalinin müxtəlif kəsimləri də hüquqsuzluqla üzləşir, sıravi vətəndaşın mülkiyyət hüququ, sosial, iqtisadi, mədəni və başqa hüquqları da tapdanır. Yaxın günlərdə “Günəşli” yatağında olanlara diqqət yetirmək kifayətdir. İnsanların hüquqları qorunsaydı, onları fırtınalı havada platformada saxlamazdılar. Onları vaxtında təxliyə edər, həyatlarını xilas edərdilər. Bu gün onların yaxınları, doğmaları bu itkini, bu dərdi yaşamazdılar.

Davamı

XS
SM
MD
LG