Bu günki AzadlıqLive-da:
Bir fövqəladə hadisə olanda niyə ictimaiyyət, hətta yerli KİV-lər məlumatsız qalır? Yanğını "Reuters" Azərbaycanın öz mediasından tez və düz verir?
Arif Əliyev: Hətta Rusiya televiziyası yerli medainı qabaqladı....
Eldar Mahmudov həbs olunacaqmı? MTN xofu insanların canından çıxırmı?
Şərq-Qrb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclunun cavabı
Eldar Mahmudov həbs olunacaqmı?
Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həbsindən sonra yerli media yazır ki, indi növbə onun qudası, oktyabrın 17-də vəzifəsindən çıxarılmış keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovundur.
Keçmiş nazirin həbsi realdırmı?
AzadlıqRadiosunun suallarına Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu cavab verir:
- Bu, istintaqın gedişindən asılıdır. Əgər istintaqın gedişatında bəlli olsa ki, həbs olunan MTN-çilərdən ibarət dəstənin rəhbəri Eldar Mahmudov olub, – şəxsən mənim buna şübhəm yoxdur, ancaq bu, subyektiv fikirdir, – istintaq bunu faktlarla sübut eləsə, o, həbs olunacaq.
Turan analitik xidməti: "3 ildə 3 qəza"
"Bu, son üç ildə Azərbaycanda dəniz platformalarında baş vermiş üçüncü qəzadır. 1985-ci ildə “Bahar” yatağında qaz quyusunda yanğın baş verdikdən bu yana qəza olmamışdı.
Müstəqil Azərbaycanın tarixində ilk qəza SOCAR-ın “Bulla-dəniz” adlı platformasında baş verib. 2013-cü il avqustun 17-də kəşfiyyat qazması zamanı 90 saylı quyuda yanğın baş verib. Bakının 80 km.-də açıq dənizdə yanğının söndürülməsi üçün üç ay vaxt, xarici şirkətlərin yardımı, həmçinin FHN və Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi gəmiləri lazım olub. Xoşbəxtlikdən insident zamanı həlak olan olmayıb.
İkinci qəza 2014-cü il oktyabrın 23-də Bakının 40 km. cənubunda N.Nərimanov dına NQÇİ-nin sahəsində baş verib. 441 saylı platforma uçub və yanğın baş verib. Hadisə zamanı SOCAR-ın platformasında 41 neftçi olub. FHN əməkdaşları hadisə yerindən 37 nəfəri təxliyə ediblər. Dənizdə batan dörd neftçidən üçünün cəsədini çıxarmaq mümkün olub.
Dünya ölçüləri üzrə SOCAR kimi kiçik bir şirkət üçün bir-birinin ardınca üç qəzanın baş verməsi şirkətin bütün həlqələrinin qeyri-peşəkarlıqla idarə olunmasından xəbər verir, kadr potensialına, ümumilikdə idarəçilik sisteminə yenidən baxılmasını zəruri edir. Necə deyərlər, birinci dəfə təsadüf, ikinci dəfə üst-üstə düşmə, üçüncü dəfə qanunauyğunluq olur. "
Ödənişsiz dini ali təhsil
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı İslam Universitetinin bazasında ödənişsiz ali dini təhsil verən qurumun yaradılması ilə bağlı təklif hazırlayıb.
APA-nın məlumatına görə, bunu komitə sədri Mübariz Qurbanlıbildirib. O qeyd edib ki, artıq təklif nəzərdən keçirilir.
M. Qurbanlı bu günlərdə qanunvericiliyə edilən dəyişikliyə əsasən xaricdə dini təhsil alanların dini ayin keçirməsinə qadağa qoyulmasına da münasibət bildirərək deyib ki, dəyişikliyin geriyə tətbiqi yoxdur: “Yəni hazırda məscidlərdə xaricdə təhsil almış şəxs bu işi davam etdirirsə, dəyişiklik geriyə, onlara şamil edilmir. Amma onu da deyim ki, son vaxtlarQafqaz Müsəlmanları İdarəsində bu istiqamətdə təyinat alanların tam əksəriyyəti Bakı İslam Universitetinin məzunlarıdır”.