Dollar krediti borclarına görə hansı güzəştləri etmək istəyirlər? Axşam saat 8-də AzadlıqLive-da radioda
Bu günki AzadlıqLive-da:
Əfv olunanlar azadlığa çıxır
ABŞ, ATƏT, İnsan haqları təşkilatları əfvi alqışlayır, ancaq bildirirlər ki, həbsdə hələ qalanlar var
Dollar kreditində hansı güzəşt ola bilər?
İstanbulda terror: 4 ölü, 15 yaralı
İstanbulun İstiqlal Caddesində (küçəsində) partlayış baş verib.
CNN-in yaydığı məlumata görə, partlayışa səbəb kimi isə canlı bomba göstərilir. İstanbul valisi Vasip Şahin bildirib ki, terror aktı nəticəsində canlı bomba ilə birlikdə 4 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Dubaydan Rostova uçan təyyarə qəzaya uğrayıb
Dubaydan uçan «Boing 737-800» təyyarəsi martın 19-da Rostovda yerə enərkən qəzaya uğrayıb. 55 sərnişin və 7 təyyarə heyəti həlak olub.