Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 02:33
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016

Dubay-Rostov təyyarəsi qəzaya düşdü

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

15:46 17.3.2016

Martın 21-i Twitterin 10 yaşı olur

Martın 21-də Twitter-in 10 yaşı tamam olur. 2006-cı il mart ayının 21-də 29 yaşlı proqramçı Jack Dorsey sadə mesaj yazdı. Burda cəmi 140 işarə vardı. Bu, sonradan adı Twitter olan xidmətdə ilk tvit idi.

Bir il sonra istifadəçilər gündə 5 min tvit göndərirdi. 2013-cü ildə isə - gündə 500 milyon.

Hillary Clinton prezidentlik yarışına qoşulmağını məhz Twitterdə qısa tvitlə elan etdi.O yazdı ki, "Amerikaya hər gün çempion lazımdır. Mən belə çempion olmaq istəyirəm".

16:24 17.3.2016

Rusiyalıların yarıdan çoxu SSRİ-nin qalmasına "hə" deyərdi

Sovet İttifaqının (SSRİ) saxlanmasına dair referendum bu gün keçirilsəydi, rusiyalıların yarıdan çoxu – 64 faizi «hə» deyərdi. Ümumrusiya İctimai Fikir Mərkəzi (VTsIOM) öz rəy sorğusunun nəticələrini veb-saytında açıqlayıb.

Müqayisə üçün: 1991-ci ildə sovet seçicilərinin 76%-i (Rusiya Federasiyasından 71%) «hə» demişdi.

16:50 17.3.2016

Əfvə reaksiyalar:

“Bu günkü əfv fərmanı ilə adı bizim siyahıda olan 14 nəfər və bu günkü məhkəmədən Rauf Mirqədirov şərti azadlığa buraxıldı. Onun da adı siyahımızda vardı. Bu əfv fərmanını yüksək qiymətləndiririk." Bunu hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib. Hüquq müdafiəçisi həbsdə qalan digər ictimai fəalların azad olunması üçün də əllərindən gələni edəcəklərini bildirib:

“Çox istərdik ki, azadlığa çıxmayan İlqar Məmmədov, İntiqam Əliyev və başqaları da tezliklə buraxılsın. Bunun üçün əlimizdən gələni edəcəyik”.

16:52 17.3.2016

Əfvə reaksiyalar:

AXCP sədri Əli Kərimli: “Bu əfv sərəncamından da göründü ki, hökumətin Xalq Cəbhəsinə xüsusi neqativ münasibəti var”. " Ölkədə hüquq müdafiəçilərinin birlikdə razılaşdıqları siyasi məhbusların vahid siyahısında 97 nəfərin adı var. Bu günkü əfv sərəncamı ilə həmin siyahıdan yalnız 14 nəfər azadlığa çıxıb."

“Hazırda AXCP-nin 11 üzvü müxtəlif bəhanələrlə şərlənərək həbs edilib. Bu 11 nəfərdən yalnız biri – Pərviz Həşimli azadlığa çıxıb. Yerdə qalan 10 nəfər yenə siyasi məhbus həyatını davam etdirəcək”.

Davamı

XS
SM
MD
LG