Kimlər əfv siyahısındadır?
Prezidentin imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış müxalifətçilər və QHT-lər tərəfindən adları siyasi məhbus siyahısına salınmış şəxslər də var.
Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev, Müsavat Partiyasından Yadigar Sadıqov, Tofiq Yaqublu, jurnalist Pərviz Həşimli, hüquq müdafiəçiləri Hilal Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, Taleh Xasməmmədov, Nemət Pənahlının da adı həbsdən azad edilənlər sırasındadır.
NİDA-çılar azad olundu
Prezidentin imzaladığı əfv sərəncamında 2014-cü ildə həbs olunmuş NİDA-çı gənclər də var.
Siyahıda Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov və Ömər Məmmədovun adı da var.
Yerevan küçələrində kağız tank
Artak Gevorkyan karton kağızdan tank düzədib və hakimiyyətin acığına Yerevanın küçələrində sürməyə başlayıb. "Street Art" təhlükəsizlik xidmətinin binasında bitib. Tankın yaradıcısını xuliqanlıqda ittiham edirlər indi o öz məhkəməsini gözləyir
Azərbaycan yay vaxtına keçmir
Martın 17-də baş nazir Artur Rasizadə Azərbaycanda yay vaxtına keçidi ləğv edib. Azərbaycan 19 il idi ki, yay-qış vaxtına keçirdi