Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq
APA-nın məlumatına görə, bu gün Ankarada Türkiyə-Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş imzalanıb.
1 milyardlıq TeliaSonera qalmaqalı
Xədicə İsmayılın başladığı araşdırmanı davam etdirənlər mükafat aldı. TeliaSonera qalmaqalı.
Bakıda Novruz karvanı- [Fotolar]
PKK-nın hədəfi Erdoğanı və AKP-ni çökdürməkdir
Britaniyanın Times qəzetinə danışan PKK lideri Cemil Bayık deyib ki, onların "artıq əsas hədəfləri Türkiyə prezidenti Recep Tayyip Erdoğanın və iqtidardakı AKP-nin çöküşüdür." O deyib ki, indiki durumda "ölüm-qalım" mübarizəsindədirlər. Bayık iddia edir ki, "Erdoğan bizi məğlub etsə, Türkiyədə demokratiya istəyən hər kəsi məğlub edə biləcək". O deyib ki, "Erdoğanı və AKP-ni devirmək istəyirik."
İndi çıxan bu müsahibə Ankarada 37 adamın ölümünə gətirən və PKK-çının törətdiyi güman olunan partlayışdan 4 gün əvvəl götürülüb.