Akademik dəm qazından ölüb
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib.
Dilçilik İnstitutundan APA-ya verilən məlumata görə, Tofiq Hacıyev noyabrın 27-də dəm qazından zəhərlənib.
Polislər dəfn olundu
Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları dəfn edilib.
Polis zabitləri Vüqar Nəsibov və İsmayıl Tağıyevin dəfnində dövlət himni səsləndirilib və üç dəfə yaylım atəşi açılıb. Dəfn mərasiminə daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov da qatılıblar.
Prezident İlham Əliyev polisləri ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edib.Video və fotolar burada
Rusiya Türkiyə ilə vizasız rejimi dayandırır
Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi dayandırır. Bunu xarici işlər naziri Sergey Lavrov bildirib. O deyib ki, bu qərara səbəb Türkiyə tərəfdən gələn terror təhlükəsidir.
"Bildiyim odur ki, Nəsiminin məzarı uçurulub"
- Siz Hələb türkmənlərindənsiniz?
- Bəli.
– Şair İmadəddin Nəsiminin Hələbdəki məzarı haqda məlumatınız varmı?
- Bildiyim odur ki, döyüşlər vaxtı Nəsiminin məzarı uçurulub. Hələb İŞİD-in əlinə keçməmişdən öncə də Assad qüvvələri Hələbə hücum edirdi.
Bunu Azadlıq Radiosuna müsahibəsində Suriya Türkmən Məclisinin başqanı Aburrahman Mustafa deyir. Onunla müsahibnin tam mətni az sonra saytımızda