Keçid linkləri

2026, 01 Mart, bazar, Bakı vaxtı 05:41
"Nəsimi" filmindən
"Nəsimi" filmindən

AzadlıqLive - "Bildiyim odur ki, Nəsiminin məzarı uçurulub"

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

15:18 26.11.2015

Nardaran: Kalaşnikov avtomatı, döyüş qumbarası

Hüquq-mühaifəz orqanlarındakı mənbələr Virtualaz-a deyiblər ki, "islamçı ekstremistlər DİN əməkdaşlarına “Kalaşnikov” avtomatlarından atəş açıb, həmçinin döyüş qumbaraları atıblar."

"Hüquq-mühafizə orqanları yaxın saatlarda bu hadisələrə dair rəsmi bəyanatla çıxış edəcək."

15:31 26.11.2015

Nardaran: ölənlər 4 oldu?

Virtualaz.org saytının əldə etdiyi son məlumata görə, Nardaran hadisəsində 4 nəfər həlak olub. Onların 3-ü DİN əməkdaşlarıdır.

Digər məlumatlarda ölənlərin sayı 3-dür.

16:10 26.11.2015

4 nəfərin öldüyü təsdiqlənir, hətta bildirilir ki, 5-dir

Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir. Bunu APA xəbər verir.

APA-nın məlumatına görə, "polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb. Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar."

Atışma zamanı daha bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşları da var.

16:15 26.11.2015

Nardaranda 15 dindar saxlanıb

Bunu Virtualaz xəbər verir

Davamı

XS
SM
MD
LG