Keçid linkləri

2026, 01 Mart, bazar, Bakı vaxtı 00:49
"Nəsimi" filmindən
"Nəsimi" filmindən

AzadlıqLive - "Bildiyim odur ki, Nəsiminin məzarı uçurulub"

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

13:15 26.11.2015

"Tutulan MTN-çilər müdiriyyətin göstərişini yerinə yetiriblər"

««MTN işi»nə görə həbs olunanların hər biri ilə bağlı ayrıca istintaq hərəkətləri aparılır. Əksəriyyəti deyir ki, müdiriyyətin göstərişlərini yerinə yetiriblər».

Bunu AzadlıqRadiosuna «MTN işi»nə görə həbs olunanlardan biri Mehman Abdullayevin vəkili Kamandar Nəsibov deyib:

13:19 26.11.2015

Əliyevin Pirr qələbəsi

«Daha bir seçki qələbəsi Azərbaycanın hakimiyyət strukturunda başlamış çatları ört-basdır edə bilməz».

«Transitions Online» portalı Varşavanın Şərq Araşdırmaları Mərkəzində Türkiyə, Qafqaz və Orta Asiya departamentinin əməkdaşı Aleksandra Jarosiewicz-in məqaləsini dərc edib.

«Son parlament seçkilərinin heç bir ciddi dəyişikliyə aparmayacağını demək üçün baş sındırmaq lazım deyildi. Rejim narazıları həbsə atmış, susdurmuş, müşahidəçilərə qadağalar qoymuşdu, nüfuzlu siyasi müxalifətin də udmaq şansı yox idi. Ancaq dəyişikliyin baş verməməsi bu sistemin sarsıntılara qarşı immunitetinin olması anlamına gəlmir. Seçkidən az əvvəl Milli Təhlükəsizlik Nazirliyində baş verənlər, azərbaycanlı diplomatlarla bağlı qalmaqal, iqtisadi durumun pisləşməsi sistemin davamlılığı barədə suallar yaradıb», - müəllif yazır.

13:21 26.11.2015

Diri-diri yandıran kreditlər

virtualaz.org saytı yazır ki, «odlu kreditlər»in son illər ərzində nə qədər can aldığının statistikası tutulmur. Ancaq fakt odur ki, bu faciələr get-gedə adiləşir.

Azərbaycan vətəndaşlarının 38 faizinin banklara borcu var. Bu isə 3.7 milyon insan deməkdir:

«Əgər Azərbaycanın bir qütbünün simvolu özünə od vuran Malik Hüseynovdursa, digər qütbü «Şeyxin qudası» kimi tanınan deputat Qalib Salahzadədir. Bu iki qütblər günbəgün bir-birindən uzaqlaşır, aralarında isə keçilməz boşluq qalır.

Hüseynov özünü yandıran gün Salahzadə 6 milyon dollarlıq (o yan, bu yan ola bilər) iqamətgahını hansı pulla tikdirdiyinə aydınlıq gətirərək deyib: «Kişinin evi olar. Böyük bir vəzifəm olmayıb ki, onun hesabına ev tikim. Hamı yaxşı bilir ki, anamın atası varlı adam olub, ondan anama xeyli qızıl, pul qalıb. Bu baxımdan kasıb olmamışıq».

13:56 26.11.2015

“İstintaq Cavid Hüseynovu da, həkimləri də qoruyur”-

Öldürülən jurnalist Rasim Əliyevin vəkili Əshabəli Mustafayev istintaqdan narazıdır. Müsahibə az sonra saytda olacaq

Davamı

XS
SM
MD
LG