Tusk: "Soyuqqanlı və sakit olun"
CNN Türk xəbər verir ki, Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşdiyi vaxt Avropa Birliyindən "Soyuqqanlı və sakit olun" mesajı gəldi. Bu mesajı Avropa Şurasının prezidenti Donald Tusk verib.
O bildirib ki, Avropa Birliyi vəziyyəti diqqətlə izləyir.
NATO isə bu gün Bakı vaxtı ilə axşam saat 8-də fövqəladə iclasa toplanır və Rusiya təyyarəsinin vurulması insidentini müzakirə edəcək.
Türkiyə prezidenti Erdoğan təcili olaraq Təhlükəsizlik şurasının iclasını çağırıb
Rus pilotların vurulması videosu
Türkiyənin NTV televiziyası iki rusiyalı pilotun paraşütlə enməsi və yerdən atəşə tutulması videosunu yayıb.
NTV-nin məlumatında deyilir ki, Türkmanların komandiri Alpaslan Çelik "Pilotlar paraşütle inerken vurduk. Cesetleri burada" açılamasını verib.
Görüntülərdə paraşütlə enən iki rus pilota havadaykən atəş açıldığı, bu zaman bəzilərinin "Atma. Əsir gəlir. Əsir. Əsir. .." - qışqırdığı eşidilir.
Bu günki AzadlıqLive-da:
Putin Türkiyənin təyyarəni vurmasını "arxadan zərbə" adlandırır
Azərbaycana da terror təhlükəsi varmı?
Bakının ev bazarı: satıcı çox, alıcı yox...
Azərbaycan xeyriyyəçiliyə görə 145 ölkə arasında 122-ci yerdədir