Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 18:07
"Nəsimi" filmindən
"Nəsimi" filmindən

AzadlıqLive - "Bildiyim odur ki, Nəsiminin məzarı uçurulub"

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

17:38 23.11.2015

"O bu maşınla meyit daşıyıb, bizə baxırdı"

Bu gün “Muğanbank” olduğu iddia olunan bank qarşısında borca görə özünü yandıran Malik Hüseynovun həyat yoldaşı Aytən Hüseynova Qafqazinfoya deyib ki, "o, bu maşınla meyit daşıyıb bizə baxırdı, maşın olmasa biz acından ölərik, üç uşağımız var”.

Muganbank isə bu gün mediada bu mövzuda gedən yazıları təkzib edən bəyanat verib: "Kütləvi informasiya vasitələrində 23.11.2015 – ci il tarixdə “Muğanbank”ASC-nin Binəqədi filialının qarşısında Hüseynov Malik Abbas oğlu adlı şəxsin özünü yandırması ilə bağlı məlumat gedib. Məlumatda Hüseynov Malik Abbas oğlu adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir.

Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə “Muğanbankda” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP –yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb".

Bəyanatı Rəşad Əliyev, Muğanbankın marketin departamentinin müdiri verib.

20:43 23.11.2015

Bu günki AzadlıqLive-da:

Bakıda istilik nə vaxt olacaq? Azəristiliktəzhizatdan Rafiq Əliyev suallara cavab verir:

Gözlə

No media source currently available

0:00 0:03:26 0:00
Direct-ə keçid

Qışa hazırlıq niyə Bakıda hmişə belə problemdir?

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyevin cavabı

Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

Dərzi, dayə, repetitor vergiyə cəlb olunacaq

Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

21:04 23.11.2015

Bakıda yanğın

APA-nın məlumatına görə, Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda yanğın olub.

Yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xətai Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.

Binalara elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Hadisə yerinə “Azərişıq” ASC-nin məsul işçiləri cəlb olunub. Hazırda yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

12:38 24.11.2015

"Baha deyil, şişirdilmişdir"

- Faktiki olaraq 90 faiz elektrik stansiyaları dövlət investisiyaları hesabına başa gələn «Azərenerji»də niyə elektrik enerjisinin maya dəyəri bu qədər bahadır?

Neft eksperti İlham şaban: Əslində, baha deyil, onun bir adı var - ictimaiyyət üçün daim qapalı olan bir cəmiyyətdə maya dəyəri baha ola bilməz. Ancaq ŞİŞİRDİLMİŞ olar!

İlham Şabanla müsahibə

Davamı

XS
SM
MD
LG