DİN ölən iki polisin adını açıqlamaqdan imtina edir
DİN və Baş Prokurorluğun mətbuat xidmətləri əməliyyat zamanı həlak olmuş polis əməkdaşlarının adını Azadlıq Radiosuna açıqlamaqdan imtina etdilər. Eyni məsələni Virtualaz.org da qeyd edir. Görəsən adları niyə açıqlamaq istəmirlər?
Gəncədə 19 adam xəsarət alıb
Kəpəz TV (Region TV) xəbər veir ki, Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobusun Ozan küçəsində divara çırpılması nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.
Onlardan 6-nın vəziyyətinin ağır, 10-nun vəziyyətinin orta-ağır olduğu bildirilir.
DİN və Baş Prokurorluqdan rəsmi açıqlama
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş ProkurorluqNardaranda baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.
Məlumatda deyilir ki, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilin. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
"Çar" "Sultandan" üzr istəməsini gözləyir
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Türkiyə rəhbərliyi ikitərəfli münasibətləri qəsdən dalana aparır.
Putin noyabrın 26-da Moskvada çıxış edərkən bildirib ki, Moskva Türkiyədən ən yüksək səviyyədə üzrxahlıq və Rusiya təyyarəsinin vurulması və pilotun ölümünə görə kompensasiya təklif edilməsini və təyyarəni vuranların cəzalandırılmasını gözləyir.
Putin belə bir bəyanatla 15 ölknin yeni səfirini qəbul edərkən çıxış edib.