"Tutulan MTN-çilər müdiriyyətin göstərişini yerinə yetiriblər"
««MTN işi»nə görə həbs olunanların hər biri ilə bağlı ayrıca istintaq hərəkətləri aparılır. Əksəriyyəti deyir ki, müdiriyyətin göstərişlərini yerinə yetiriblər».
Bunu AzadlıqRadiosuna «MTN işi»nə görə həbs olunanlardan biri Mehman Abdullayevin vəkili Kamandar Nəsibov deyib:
Rus təyyarələri Türklərə məxsus yük maşınlarını vurdular
Reuters Agentliyinin yaydığı video
Türkiyə- Suriya sərhədində Rusiya təyyarələri türklərə məxsus yük maşınlarını bombalanıb.
Reuters yazır ki, bombardman zamanı bir neçə yük maşını yanaraq məhv olub.
Bombardman zamanı ölən və yaralılar olduğu deyilir.
Vısotskinin son şeiri 200 minə satıldı
Marina Vladi Vladimir Vısotskinin sonuncu şerini Parisdə həraca çıxarıb.
Vısotski bu şeri Paris metrosunun 11 iyun 1980-ci ilə tarixli biletinə yazmışdı.
Bu şeir bu gün 200 min avroya satılıb. İlkin qiymət 10 min avro idi.
Marina Vladi və Vladimir Vısotski 1970-ci ildə evlənmişdilər..
Bu günki AzadlıqLive-da:
Xədicə İsmayıl məhkəmədə: "belə çıxır ki, XİN kimə icazə versə, o da jurnalist ola bilər..."
Sergey Lavrov deyir ki, Türkiyənin təyyarəni vurmasının təsadüf olmadığına şübhələr var- bu düşünülmüş addıma bənzəyir
Talassemiya xəstəsi olduğunu bilmək üçün gərək elə nikah qabağı məcburi tibbi müayinəmi olsun? 5 ayda 65 min adam nikah qabağı müayinədən keçib, 45-də HİV tapılıb
35 il vuruşan yeganə qadın əfqan komandan- Bibi Aişə