Keçid linkləri

2026, 01 Mart, bazar, Bakı vaxtı 01:16
"Nəsimi" filmindən
"Nəsimi" filmindən

AzadlıqLive - "Bildiyim odur ki, Nəsiminin məzarı uçurulub"

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

15:37 25.11.2015

Türkmənistanda "qızıl asırdır"

Türkmənistanın təbii qaz ixracından asılılığı onu regiondakı digər qonşularından daha həssas vəziyyətə salıb.

Hökumət bahalı olduğu deyilən çox sayda layihəyə o ki var pullar səpələyir. Hökumətin fikrincə, burada hələ də «Altın Asır», yəni daxildə ölkənin çiçəkləndiyi, dünyada isə əhəmiyyətinin artdığı Qızıl Əsr hökm sürür.

14:06 25.11.2015

İlham Əliyev:"Qarabağ probleminin həllində heç kim bizə kömək etmir"

İlham Əliyev deyib ki, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir".

Bunu noyabrın 24-də parlamentin yeni tərkibdə ilk iclasında prezident İlham Əliyev deyib.

12:57 25.11.2015

Baş nazir Türkiyəni İŞİD-i himayədə ittiham edir

Rusiyanın baş naziri Dmitry Medvedev Türkiyəni İslam Dövləti (İD) silahlılarını qorumaqda ittiham edib, deyib ki, “bəzi türk rəsmilərinin” İD-nin nəzarətində olan zavodlarda istehsal olunan neft məhsullarının satışında “birbaşa maliyyə marağı” var.

Medvedev noyabrın 25-də Yekaterinburqda danışıb.

12:56 25.11.2015

İkinci pilot tapılıb

Rusiya təyyarəsini Türkiyə vurandan sonra itkin düşmüş ikinci pilot tapılıb və Suriyadakı rus hərbi bazasına aparılıb. Bunu noyabrın 25-də Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov Europe 1 radiosuna deyib.

Onun sözlərinə görə, pilot Suriya prezidenti Bashar al-Assad-a qarşı vuruşan üsyançılardan xilas ola bilib. Onu Suriya Ordusu tapıb.

Orlov pilotun kimliyi və ya səhhəti barədə məlumat verməyib.

Su-24 -ün digər pilotu həlak olub.

Davamı

XS
SM
MD
LG