Keçid linkləri

2026, 01 Mart, bazar, Bakı vaxtı 06:08
"Nəsimi" filmindən
"Nəsimi" filmindən

AzadlıqLive - "Bildiyim odur ki, Nəsiminin məzarı uçurulub"

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

16:06 24.11.2015

65 min yeni evlənən tibbi müayinədən keçdi, nəticəsi...

Nigahdan öncə tərəflərin məcburi tibbi müayinəsini tələb edən qanun 2015-ci ilin iyunundan qüvvəyə minib.

Ötən 5 ayda azı 65 min nəfər tibbi müayinədən keçib. Analizlərin nəticələrinə görə, 4 min 213 nəfərin talassemiya daşıyıcısı olduğu məlum olub. 161 nəfərdə sifilis, 45 nəfərdə HİV virusu tapılıb.

14:05 24.11.2015

Türkiyə: "Rusiya təyyarəsinə 10 dəfə xəbərdarlıq olunub"

Türkiyənin baş naziri Ahmet Davutoğlu Ordunun Baş Qərargah rəisi Hulusi Akar və xarici işlər naziri Firidun Sınırlıoğlu ilə Rusiya təyyarəsinin vurulması insidentini müzakirə edib. Reutersin məlumatına görə baş nazir göstəriş verib ki, NATO və BMT ilə məsləhətləşmələr aparılsın.

Türkiyə Ordusunun Baş Qərargahının məlumatına görə, Rusiya təyyarəsinə 10 dəfə xəbərdarlıq edilib, əhəmiyyət verilımədiyini görən Türkiyənin F-16 qırıcı təyyarəsi sərhəddi pozan Rusiya təyyarəsini vurub.

Rusiyanın müdafiə naziriliyi isə təyyraənin Suriya üzərində vurulduğunu bildirir və ehtimal edir ki, təyyarə yerdən vurulub.

13:01 24.11.2015

Rusiya təyyarəsi vurulub

CNNTürk xəbər verir ki, Suriya ilə Türkiyənin sərhəddini pozan qırıcı təyyarə vurulub. Məlumata görə, təyyarəni Türkiyə qırıcı təyyarələri vurub, ehtimala görə, vurulan Rusiya təyyarəsidir.

"Rusiyanın aviaqrupunun Su-24 qırıcı təyyarəsi Suriya ərazisində qəzaya uğrayıb. Ehtimala görə, o, yerdən atəşlə vurulub". Bunu isə Rusiyanın müdafiə nazirliyi bildirir. Nazirlik vurulan təyyarənin Suriya hüdudlarında vurulduğunu iddia edir.

Təyyarə 6 min metr yüksəklikdə vurulub. İki pilot paraşütlə atıla bilib.

CNNTürk xəbər verir ki, həmin pilotlar türkmanlar olan ərazidə əsir götürülüb.

12:51 24.11.2015

"Eldar Mahmudovun həbsinə aparır..."

«Azadlıq» qəzeti yazır ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsinə hazırlıq gedir:

««MTN işi» ilə bağlı istintaq Eldar Mahmudovun həbsinə aparır. «Azadlıq»a sızan məlumatlara görə, MTN-in keçmiş şefi hazırda tam təcrid olunmuş vəziyyətdədir. Onun bir kimsə ilə ünsiyyət qurmaq imkanı tanınmayıb. Hətta evindəki telefonlardan belə istifadə etmək hüququ yoxdur. Eldar Mahmudovun bu dərəcədə təcrid olunması onun hansısa bilgiləri ictimailəşdirə biləcəyi narahatlığından da irəli gələ bilər».

Davamı

XS
SM
MD
LG