Keçid linkləri

2026, 01 Mart, bazar, Bakı vaxtı 07:29
"Nəsimi" filmindən
"Nəsimi" filmindən

AzadlıqLive - "Bildiyim odur ki, Nəsiminin məzarı uçurulub"

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

12:48 24.11.2015

Həbsxanadan prezidentə videomüraciət

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Şəmkir rayon sakini Vüqar Əliyev həbsxanadan dövlət başçısı İlham Əliyevə video-müraciət göndərib.

Vüqar Əliyev müraciətində deyir ki, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun göstərişi ilə törətmədiyi hadisəyə görə cəza çəkir. O, müraciətlərinə baxılmadığı üçün prezidentdən kömək istəyir:

«Aslan Aslanov yüksəkçinli məmur olduğu üçün yalançı şahidlərin vasitəsilə məni qeyri-qanuni olaraq ömürlük həbsə atdırıb. Cinayəti törətmədiyimi Lamiyə Quliyeva da təsdiq edir. İndiyənədək aidiyyəti orqanlara etdiyim müraciətlər cavabsız qalır. Ona görə də çox ümidlə sizə müraciət edirəm ki, həqiqəti ortalığa çıxarmaq üçün lazımı göstərişlər və tapşırıqlar verəsiniz».

12:38 24.11.2015

"Baha deyil, şişirdilmişdir"

- Faktiki olaraq 90 faiz elektrik stansiyaları dövlət investisiyaları hesabına başa gələn «Azərenerji»də niyə elektrik enerjisinin maya dəyəri bu qədər bahadır?

Neft eksperti İlham şaban: Əslində, baha deyil, onun bir adı var - ictimaiyyət üçün daim qapalı olan bir cəmiyyətdə maya dəyəri baha ola bilməz. Ancaq ŞİŞİRDİLMİŞ olar!

İlham Şabanla müsahibə

21:04 23.11.2015

Bakıda yanğın

APA-nın məlumatına görə, Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda yanğın olub.

Yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xətai Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.

Binalara elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Hadisə yerinə “Azərişıq” ASC-nin məsul işçiləri cəlb olunub. Hazırda yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

20:43 23.11.2015

Bu günki AzadlıqLive-da:

Bakıda istilik nə vaxt olacaq? Azəristiliktəzhizatdan Rafiq Əliyev suallara cavab verir:

Gözlə

No media source currently available

0:00 0:03:26 0:00
Direct-ə keçid

Qışa hazırlıq niyə Bakıda hmişə belə problemdir?

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyevin cavabı

Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

Dərzi, dayə, repetitor vergiyə cəlb olunacaq

Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG