Keçid linkləri

2026, 01 Mart, bazar, Bakı vaxtı 10:29
"Nəsimi" filmindən
"Nəsimi" filmindən

AzadlıqLive - "Bildiyim odur ki, Nəsiminin məzarı uçurulub"

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

15:12 23.11.2015

Prokurorluq KIV-dən tələb edir

KİV rəhbərlərindən reallıqla uzlaşmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilib. Gələcəkdə də belə məlumatlar yayarlarsa, barələrində daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub...

Baş Prokurorluq bir sıra media orqanlarına rəsmi xəbərdarlıq edib. Noyabrın 23-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə,Müstəqil İnformasiya Agentliyi (Mia.az), «Cumhuriyyət», «Qaynarinfo», «Gündəminfo», «Criminal.az», «Strateq.az», «İstiqlal.az», Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər KİV rəhbərləri prokurorluğa dəvət edilib.

13:41 23.11.2015

“Azəriqaz”la “Azəristiliktəchizat” hələ danışır

Bakıdakı binaların çoxunda isə istilik yoxdur. Noyabrın 15-dən Bakıda yaşayış binalarına verilməli olan istilik hələ də tam təchiz olunmayıb. Səbəb “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə borcunun olmasıdır.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbiyev AzadlıqRadiosuna bildirdi ki, artıq bir çox qazanxanalara qaz verilib:

“Ölkə ərazisində təbii qazın verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Əhali tələbata uyğun mavi yanacaqla təmin olunur. O ki qaldı, qazanxanalara təbii qazın verilməsinə, bu istiqamətdə də aidiyyatı qurum tərəfindən birliyə müraciət olunub. Bəzi işlər gedir. Artıq bir çox sayda qazanxanaya tərəfimizdən təbii qazın açılışı təmin olunub. Bu istiqamətdə işlər davam etdirilir”.

Problemin nə vaxt tamamilə həll olunacağına gəldikdə isə İbrahim Kəlbiyev “yaxın günlərdə” deməklə kifayətləndi.

13:03 23.11.2015

ABŞ-da genetik modifikasiya olunmuş qızıl balığa icazə verildi

ABŞ-da ərzaq mallarına nəzarəti həyata keçirən rəsmi qurum deyir ki, genetik modifikasiya olunmuş qızıl balıq zərərli məhsul deyil.

Qurum ilk dəfə genetik modifikasiya olunmuş balığı satmaq və istifadə etməyə icazə verib. Bu cür istisna hal qızıl balığa aid edilib.

Qurum mütəxəssisləri bu nəticəyə gəliblər ki, təbii üsuldan iki dəfə daha sürətli böyüyən genetik modifikasiya olunmuş qızıl balıq zərərli məhsul hesab olunmur və öz keyfiyyətinə görə dənizdə yaşayan qızıl balıqdan fərqlənmir.

13:01 23.11.2015

Xaricdə müalicə

Bakı sakini Günel Əhmədova AzadlıqRadiosunun "Qaynar xətt"inə 12 yaşlı övladı Aytacın qan xərçəngindən müalicəsi üçün vəsait tapa bilməməsindən danışıb. Onun sözlərinə görə, 1 ildir ki, pulsuzluqdan yerli həkimlərin müayinə və müalicələri ilə kifayətlənməli olur

Davamı

XS
SM
MD
LG