«DSK YAP-IN VƏKİLİ KİMİ ÇIXIŞ EDİR»
Namizədliyi qeydə alınan Mikayıl Talıbovun fikrincə, ilk mərhələ göstərir ki, seçki qanunlarla yox, göstərişlərlə idarə olunur: "Mənim namizədliyimi DSK-da qərəzli şəkildə qeydə almadılar. Elə bilirdilər ki, çoxları kimi şikayət etməyəcəyəm. Yaxşı ki, MSK ədalətli qərar çıxartdı. Artıq seçkinin ikinci mərhələsinə başlanıb. İlk gündən qanunları pozurlar. DSK YAP-ın vəkili kimi çıxış edir".
Xarkovda həkimlik oxuyan iordaniyalı özünü İraqda partlatdı
AzadlıqRadiosunun müxbiri Volodymyr Noskov Xarkov Universitetinin tibb fakültəsində oxumuş iordaniyalı Mohammad-ın kədərli əhvalatını qələmə alıb.
“Onlar onu oynatdılar, ondan istifadə etdilər” – deyib Mohammad-ın adaşı və tələbə yoldaşı müxbirə.
Lakin bu əhvalatın ən ağla batmayan hissəsi budur ki, deyilənlərə görə, onu İŞİD səfərbərinə İslamı qəbul etmiş və radikallaşmış ukraynalı xanımı çevirib
23 yaşlı tələbə Mohammad Dalaeen İraqda intiharçı kimi özünü partladaraq başqa 30 nəfərin də həyatlarına son qoyub.
De Waal: "Qarabağ böhranı nəzarətdən çıxır"
«Keçmiş Sovetlər Birliyinin ən yaşlı və təhlükəli münaqişəsi olan Dağlıq Qarabağ yenidən püskürür. Ermənistanla Azərbaycanın 1994-cü il atəşkəsinə ciddi təhlükə yaranıb. İki il öncə hərdənbir snayper atəşi açılırdısa, indi minaatıcılar işə düşüb».
Bunu Vaşinqtonda yerləşən Karneqi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı, Qarabağ münaqişəsi haqda iki kitabın müəllifi Thomas de Waal yazır.
Şeyxülislam Etika Komissiyası yaradır
Şeyxülislam Allahşükür Paşazadə QMİ Qazılar Şurasının tərkibində Etika komissiyasının yaradılması barədə məlumat verib. Onun dediyinə görə, din xadimlərinin fəaliyyətində dini-etik məqamların gözlənilməməsi faktları aşkarlanarsa, bununla bağlı komissiya rəy verəcək: «Bu rəy işəgötürmə məsələsində də vacib şərt kimi nəzərdən keçiriləcək».