2003-cü ilin 15 oktyabrını xatırlarkən..
2003-cü il, 15-16 oktyabr.... Bu tarixi xatırlayan hər kəsin beynində bəlli bir mənzərə var: Azadlıq meydanı, yüzlərlə insanın etirazı, çoxsaylı polis qüvvələri, işgəncələr və s. Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatının vitse-prezidenti Qorxmaz Əsgərov 2003-cü ilin 15 oktybar hadisələrini belə səciyyələndirir: “Demokratik qüvvələrlə hökümət arasında fiziki döyüş oldu və hakimiyyət bu döyüşü uddu.”
İŞİD neftdən necə qazanır?
İŞİD-in nəzarətində olan ərazilərdə sutkada 34-40 min barrel xam neftin istehsal olunduğu bildirilir. Bu neft elə yerindəcə çəlləyi 20-45 dollara satılır. Beləliklə yaraqlılar günə ortalama 1.5 milyon dollar qazanmış olurlar. Bunu Financial Times yazır
Oktyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılın şikayətinə baxacaq
Vəkil Fariz Namazlı deyir ki, ilkin baxış iclası olacaq: «Biz Xədicə İsmayılın ev dustaqlığına buraxılmasını istəyəcəyik, eyni zamanda vəsatət qaldıracağıq ki, apellyasiya şikayətinə məhkəmə araşdırılması formasında baxılsın. İstintaq zamanı bir sıra sənədlər təqdim etmişdik, ancaq o sənədlər araşdırılmadı. Buna görə də vəsatət qaldıracağıq ki, məhkəmə istintaqı aparılsın».
Hacı Tale Bağırzadə: "vəhhabilərin böyük biznes şəbəkəsi var"
«Yeni Müsavat» qəzeti «Müsəlman Birliyi» hərəkatının rəhbəri, ilahiyyatçı Hacı Tale Bağırzadə ilə müsahibə yayımlayıb. Tale Bağırzadə deyib: " Azərbaycanda fəaliyyət göstərən vəhhabilərin hazırda geniş imkanları var. Bunların qarşısını niyə almırlar? Hansısa bir şiə mağaza açan kimi dərhal nəzarətə götürürlər. Amma vəhhabilərin böyük biznes şəbəkəsi var. Deyirlər ki, vəhhabiliyə qarşı mübarizə aparırıq, amma altdan dəstək verilir. Xarici qüvvələrin onlar üçün hakimiyyətə təzyiq etmələri variantı da realdır. Dövlət gəmisini idarə edən bu hakimiyyətdir. Olacaq hər bir təhlükəyə cavabdeh də hakimiyyətdir".