Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 23:54

Xarici ticarətlə məşğul olanlar çoxalıb


Keçən il xarici ölkələrə mal satan, Azərbaycana mal gətirən özəl şirkətlərin sayı 2 min 500 idisə, 2017-ci ilin 3 ayında «bazara» daha 500 şirkət girib.

İndi xarici ticarətlə məşğul olmaq bir qədər asanlaşıb. Bir çox yerli ekspert bu meyli gömrükdə inhisarçılığa himayə siyasətinin yumşaldılmasının nəticəsi kimi dəyərləndirir.

Özəl şirkətlərin xarici ticarətdə fəallığının 21 faiz gücləndiyi halda, xarici ölkələrlə mal mübadiləsi edən fiziki şəxslərin (2 min 300-dək ), eləcə də dövlət müəssisələrinin (138) sayı, demək olar ki, dəyişməz qalıb.

Hər 100 dolların 17-sini özəl bölmə gətirir

Özəl sektorun xarici ticarət əlaqələrində payı da yüksəlib. Ötən ilin birinci rübündə özəl şirkətlərin və fiziki şəxslərin ixracatda payı 214,3 milyon dollarla 12 faiz idisə, bu il göstərici iki dəfədən çox artaraq 442,8 milyon dollarla 17 faizə çatıb. Başqa sözlə, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixrac olunan hər 100 dollarlıq malın 17-si özəl bölmədə istehsal olunur.

Dövlət bölməsi idxalı 55 milyon dollar azaldıb

İdxalın azalması fonunda özəl bölmənin burada payı əvvəlkitək 90 faiz (1 milyard 367,8 milyon dollar) civarındadır. Dövlət müəssisələrinin də xaricdən gətirdikləri malların dəyəri ilin əvvəlindən 55 milyon dollar azalıb. Bu, iqtisadiyyatın daralması, həm də dövlət ehtiyaclarından ötrü xaricdən mal gətirilməsinə 2016-ci ildə qoyulan məhdudiyyətlə bağlıdır. Üç ayda dövlət müəssisələrinin xaricdən aldıqları malların dəyəri 145 milyon dollara çatır.

Bu il Azərbaycandan xaricə satılan malların çeşidi 24 faiz artıb və 1500-ü keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG