Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 02:39

Azərbaycanı tərk edənlər niyə artır? (VİDEO)


Beyin axını - Azərbaycanlılar niyə xaricə gedir?
Gözlə

No media source currently available

0:00 0:14:39 0:00

Azərbaycandan xaricə axın, Azərbaycanlılar niyə xaricə gedir?

"Hətta yüksək maaş alan azərbaycanlılar da bizə müraciət edirlər ki, necə edək, ölkədən çıxaq, Azərbaycanı tərk edək."

Bunu Almaniyada yaşayan Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev deyir. Əlavə edir ki, son illər vətəni tərk etmək istəyənlərin sayı artır:

“Getmək istəyənlərin 11-12 faizi siyasi təzyiqlər səbəbindən ölkəni tərk edir. Amma adamların böyük əksəriyyəti iqtisadi səbəbdən- işsizlik, bank kreditlərindən əziyyət çəkərək ölkəni tərk etmək istəyir. 14-15 faiz adam sosial səbəblərlə ölkədən getmək istəyir -təhsil və tibbi müalicə almaq üçün. Məsələn, Almaniyaya gələnlərin 14-15 faizi burda müalicə olunmaq üçün gəlir”.

Əlövsət Əliyev deyir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı-nın açıqladığı məlumata görə, hər il Azərbaycandan 2500-3000 müraciət alır, amma 2016-cı ildə, onun müşahidəsinə görə, bu rəqəm iki dəfə artıq olacaq. Hələlik keçən ilin statisikası hazır deyil.

Rəsmi statistikaya görə isə Azərbaycanı tərk edənlər bir ildə 2 dəfə artıb- 2014-cü ildə ölkəni 800 nəfər tərk edibsə, 2015-ci ildə bu rəqəm 1600 olub.

Amma Əlövsət Əliyev deyir ki, ölkəni tərk edənlərin qeydiyyatı ilə bağlı problem var, statistika düz deyil.

O əlavə edir ki, xüsusilə intellektualların ölkəni tərk etməsi Azərbaycan üçün fəlakət deməkdir.

Fariz Hüseynli
Fariz Hüseynli

34 yaşlı Fariz Hüseynli 7 ildir ki, ABŞ-ın Şimali Dakota Universitetində biznes professorudur. Ondan soruşmuşuq ki, niyə vətənində yox, okeanın o tayında yaşayır?

“Xüsusilə araşdırma üçün ABŞ universitetlərinin imkanları daha genişdir. Müəllimin özünü inkiaşf etdirməsi üçün də ABŞ daha yaxşı yerdir. Əlbəttə ki, maddi baxımdan daha əlverişlidir burda işləmək”.

Fariz Hüseynli deyir ki, ABŞ-da biznes professorlarının maaşı ayda 7 min dollardan başlayır.

Bununla belə Fariz Hüseynli deyir ki, o, Azərbaycana faydalı olmaq istəyir. Deyir ki,

məsələn, Təhsil Nazirliyi, xaricdə akademik fəaliyyətdə olanlardan ibarət peşəkar məsləhətçi şurası yarada bilər.

Fariz Hüseynlidən başqa məsələn, azərbaycanlı gənc, proqram təminatçısı Tural Bədirxanlı Twitter-də, mühəndis Atilla Əsgər NASA -da çalışır.

Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, Azərbaycan hökuməti boya-başa çatdırdığı adamlarla gərək əməkdaşlıq etsin, onlara sahib çıxsın.

BDU-nun rektoru Abel Məhərrəmov isə müsahibələrindən birində deyib ki, son 10 ildə Azərbaycandan xaricə beyin axını əks istiqamət alıb.

Hollandiyanın Radboud Universitetində siyasi fəlsəfə üzrə doktorantura təhsili alan, siyasi şərhçi Rəşad Şirin deyir ki, insanlar nəslinin gələcəyini düşünərək ölkəni tərk edirlər. Sosial durum pisləşdikcə bu istək artır.

Rəşad Şirin
Rəşad Şirin

“Kanadaya köçmək istəyir insanlar. Çünki Kanada sosial dövlətdir. İnsanlar üçün bir çox xidmətləri çox yaxşı təmin edirlər, ona görə də insanlar ora köçmək istəyirlər”.

Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev deyir ki, xeyr. Köçmək azərbaycanlılara xas xüsusiyyətdir, adamlar Sovet İttifaqı içərisində də köçürdülər. Hətta 90-cı illərin əvvəli və 2003-cü il seçkilərindən sonra da köçənlərin sayı daha çox idi. Amma, o bir daha xatırladır ki, son rəqəmlər göstərir ki, indi də köçənlər artıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG