Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Lökbatanda mitinq keçirilib-VİDEO


Azərbaycan Xalq Hərəkatının "Qarabağa azadlıq" mitinqi, Lökbatan qəsəbəsi, 30 noyabr 2019
Azərbaycan Xalq Hərəkatının "Qarabağa azadlıq" mitinqi, Lökbatan qəsəbəsi, 30 noyabr 2019

Noyabrın 30-da Azərbaycan Xalq Hərəkatı “Qarabağa azadlıq, işğala son”, “Ya azad et, ya çıx get” şüarı ilə mitinq keçirir. Aksiya “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazasında keçirib.

Azərbaycan Xalq Hərəkatı Lökbatanda Qarabağ mitinqi keçirib
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Müxalifətin 19 yanvar mitinqdindən sonra hakimiyyət müxalifət partiyalarının təklif etdiyi yerlərdə yox, məhz Bakıdan kənarda yerləşən Lökbatandakı stadionda aksiya keçirilməsinə icazə verir. Ancaq Milli Şura, Müsavat kimi partiyalar orda mitinq keçirməkdən imtina edərək, şəhərdə etiraz aksiyaları keçirməyə cəhd göstəriblər.

“Bizim bura gəlməkdə məqsədimiz hökumətin bəhanəsini əlindən almaqdır”, - Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu AzadlıqRadiosuna deyib. “Biz istədiyimiz yeri hakimiyyət vermədi. Biz “Məhsul” stadionunda, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydanı istəmişdik. Azərbaycan hakimiyyəti də Baki şəhər İcra Hakimiyyətinin vasitəsilə buranı məsləhət gördü”.

M.Mirəlioğlu Lökbatandaki stadionda mitinq keçirmək qərarını doğru saymadığını, ancaq AXH-də əksəriyyətin verdiyi qərara tabe olaraq mitinqə gəldiyini bildirib.

Mitinq qətnamə oxunuşu ilə başa çatıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG