Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 06:30

Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşüb


Elmar Məmmədyarov

Fransaya işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün, mayın 17-də Bu ölkədən olan həmkarı Jean-Yves Le Drian ilə görüşüb.

Bu barədə Azərbaycan xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.

Görüş zamanı nazirlər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Nazir Elmar Məmmədyarov fransalı həmkarı ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb. Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib”, XİN-in məlumatında qeyd edilir.

Daha sonra, tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ilə bağlı müzakirələr aparıblar.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dünən, mayın 16-da Fransaya gedib.O, bundan əvvəl Fransa prezidentinin diplomotik məsələlər üzrə müşaviri ilə görüşmüşdü.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Bu münaqişə ilə bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu aparır. Fransa, ABŞ və Rusiya qrupun həmsədrləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG