Silahlı basqın: 41 inəkdən 40-nı apardılar
"Çoban sözünü tutub, cınqırını çıxarmayıb. Atlılar da sözlərini tutublar, onu öldürməyiblər. Çoban yoldaşı Maqsud Əliyevi də onunla birlikdə fermanın içərisinə salıblar, qapını da üzlərinə bağlayıblar. Atlılar gedəndən sonra çoban yoldaşlarının köməkliyi ilə, necə deyərlər, azadlığa çıxanda görüblər ki, atlılar 41 inəkdən yalnız birini onlara saxlayıblar, qalanını özləri ilə aparıblar.
Çoban dostlar ferma sahibi olduqları 12 ildə belə əhvalatla ilk dəfə qarşılaşdıqlarını deyirlər".
Messi-dən 5 yaşlı əfqana hədiyyə
"Barselona"nın argentinalı ulduzu Messi 5 yaşlı əfqan fanatına avtoqraflı formasını hədiyyə edib.
Əfqanıstanın Qəzni əyalətindən olan Murtuza Akhmadi Messidən gələn formanı İnternetdə nümayiş etdirir.
Messi [z balaca əfqan pərəstişkarından internet vasitəsi ilə xəbər tutub.
Murtuza evlərinin həyətində üstünə Messi yazılmış polietilen "köynək"də top qovurdu.
Xarici Valyuta Əməliyyatlarına avtomatlaşdırılmış nəzarət sistemindən imtina
Azərbaycan Mərkəzi Bankı xarici valyuta əməliyyatlarının aparılması ilə bağlı avtomatlaşdırılmış monitorinq sisteminin yaradılmasından imtina edib.
Fins.az-ın məlumatına görə, qurum bununla bağlı açıq tenderi ləğv edib.
Keçmiş naziri gülələyiblər
Gürcüstanda müxalifət partiyasının lideri paytaxt Tbilisidə güllələnib.
Aleksi Petriashvili fevralın 26-ı səhər saatlarında qəbristanlığa gedərkən naməlum adamlar tərəfindən döyülüb və hər iki ayağından güllə yarası alıb.