Navany-nın sifətinə tort çırpdılar
Rusiya müxalifətinin ən tanınmış simalarından olan bloqçu, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının sifətinə 2 tort çırpıblar.
Hadisə Navalnı fondun binasına daxil olarkən baş verib.
Bu barədə onun özü Tvitter səhifəsində xəbər yayıb. Həmçinin şəklini.
Maşın tapılmır?
Fevralın 25-də Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işi qeyri-müəyyən müddətə təxirə salınıb.
Penitensiar Xidmət maşın azlığından məhbusları gətirə bilmədikləri üçün məhkəmənin təxirə salınmasını istəyib. Hakim də bu tələbi yerinə yetirib . Vəkil Nemət Kərimli hər iki məhbusun skayp vasitəsilə prosesə qoşulması vəsatəti qaldırsa da, hakim bunu qəbul etməyib:
“Bu sadəcə məhkəməni uzatmaq, Avropa Məhkəməsinin hər iki məhbusun azad olunması qərarını yerinə yetirməkdən yayınmaqdır” - deyə N. Kərimli baş verənlərə münasibət bildirib.
Rusiya Azərbaycanın notasına cavab verib
Azərbaycan Ermənistana 200 milyon dollar dəyərində silah satılmasına etiraz etmişdi.
Rusiya Xarici İşlər Nazirliyindən Mariya Zaxarova Ermənistana silah satışının regionda sabit vəziyyətin saxlanılmasının vacibliyi nəzərə alınmaqla həyata keçirildiyini deyib:
“Rusiya tərəfindən Ermənistana və dost Azərbaycana istənilən silah tədarükü regionda sabit vəziyyətin saxlanmasının vacibliyi nəzərə alınmaqla dəqiq həyata keçirilir” - deyə M.Zaxarova bildirib.
İsmayıllı hadisələri: həbsdə kimlər qalıb?
Həmin hadisələrə görə 18 yerli sakin həbs olunmuşdu. Onlardan 4-ü həbsdədir: Vasif İbrahimov, Səftər Ağamalıyev, Cəfər Cəfərov və Elşən Turabov 5-7 illik həbs cəzaları ilə Şəki həbsxanasında saxlanılırlar.