Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 09:44
İran seçki
İran seçki

AzadlıqLive - Prezident tərəfdarları seçkini udur

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

14:06 22.2.2016

BAKIDAN KƏNDLƏRƏ BÖYÜK KÖÇ BAŞLAYIR

ANSpress.com saytı yazır ki, 1990-2000-ci illərdə Bakıya başlayan axın artıq əks prosesə çevrilib. «Bakıda bu prosesin təzahürünü ilk olaraq əmlak bazarında hiss etmək olar. Paytaxtda kirayədə qalan əyalət sakinlərinin bir qismi mənzillərini tərk edərək kəndlərdəki evlərinə dönüblər» - Mətbuat icmalı

14:42 22.2.2016

Eurovision-da Ukraynanı Krım tatarı təmsil edəcək

Mayda İsveçin paytaxtı Stokholmda keçiriləcək «Eurovision-2016» Mahnı Yarışmasında Ukraynanı təmsil edəcək müğənni dünən-fevralın 21-də bəlli olub. Bu, 6 ifaçı arasından seçilən Jamala-dır. Jamala müsabiqədə «1944» mahnısını oxuyacaq.

Mahnı Krım tatarlarının 1944-cü ildə öz yurd-yuvalarından zorakı və qanlı sürgününə həsr olunub.Jamala mahnıda Krım tatarı olan ulu nənəsinin yaşantılarını dilə gətirib.

O, 1983-cü ildə Oşda (Qırğızıstan) doğulub. Atası Krım tatarı, anası ermənidir.

15:02 22.2.2016

İlham Əliyev İrana niyə gedir?

Azərbaycan prezidenti İlham Əliyevin fevralın 23-də İrana səfəri başlanır. Tehranda iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan çox sənəd imzalanacaq. İrana səfərin sanksiyaların ləğvindən sonrakı zamana təsadüf etməsi onun önəminə əlavə dəyər qatır.

15:39 22.2.2016

Təhsil naziri test imtahanının çatışmazlığından danışır

“Hazırda test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik deyil”.

Bunu təhsil naziri Mikayıl Cabbarov ANS-in “Hesabat” verilişində deyib. "Növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir. 3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz. Onların biliklərinin qiymətləndirilməsi üçün yeni alətlər lazımdır və hazırda yeni qiymətləndirmə standartları ilə bağlı fəaliyyət həyata keçirilir. Burda qorxulu şey yoxdur və həmin standartlar həyata keçirilməlidir. Sadəcə belə bir qərar bir gün ya bir il ərzində qəbul oluna bilməz”.

Davamı

XS
SM
MD
LG