Maşın tapılmır?
Fevralın 25-də Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işi qeyri-müəyyən müddətə təxirə salınıb.
Penitensiar Xidmət maşın azlığından məhbusları gətirə bilmədikləri üçün məhkəmənin təxirə salınmasını istəyib. Hakim də bu tələbi yerinə yetirib . Vəkil Nemət Kərimli hər iki məhbusun skayp vasitəsilə prosesə qoşulması vəsatəti qaldırsa da, hakim bunu qəbul etməyib:
“Bu sadəcə məhkəməni uzatmaq, Avropa Məhkəməsinin hər iki məhbusun azad olunması qərarını yerinə yetirməkdən yayınmaqdır” - deyə N. Kərimli baş verənlərə münasibət bildirib.
Navany-nın sifətinə tort çırpdılar
Rusiya müxalifətinin ən tanınmış simalarından olan bloqçu, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının sifətinə 2 tort çırpıblar.
Hadisə Navalnı fondun binasına daxil olarkən baş verib.
Bu barədə onun özü Tvitter səhifəsində xəbər yayıb. Həmçinin şəklini.
Palçıq vulkanları həm də puldur
Azərbaycanda palçıq vulkanları hər daşıb püskürəndə onun faydası yada düşür. Bu bir qədər müzakirə edilir, sonra yaddan çıxır...
«Ölkədə 350-yə yaxın palçıq vulkanı olsa da, püskürmə daha çox Qobustan, Şamaxı və Xəzər akvatoriyasında müşahidə olunur. Dünyada vulkan püskürməsi olan ərazilərə turistlər çox maraq göstərirlər. Azərbaycan vulkanlarının isə bu sarıdan bəxti gətirməyib».
Kolxoza qayıdış
“İri həcmli təsərrüfat vahidləri yaratmaq üçün son vaxtlar fermer təsərrüfatlarını birləşdirmək səyləri artır. Elə bu kolxozların yaranması deməkdir . Son mərhələdə də sovxoza dönəcəklər”
Bu fikirlər “Exo” qəzetində aqrar sahədəki prosess barədə yazılmiş bir məqalədən götürülüb. Məqalədə bu addımlar səmərəsiz hesab edilir:
“Kolxozların yaradılması cəhdləri yaxşı nəticəyə gətriməyəcək. Bu mənada bolşeviklərin səhvlərini təkrar etməyə ehtiyac yoxdur".