Bu günki AzadlıqLive-da:
Azərbaycan prezidentinin İran səfəri: İranla-Azərbaycan arasında 11 sənəd imzalanıb
Sanksiyalardan sonra İran bazarının imkanlarından Azərbaycan da yararlanmaq istəyir və ya Azərbaycan tibb , səhiyyə sahəsində İrandan öyrənə bilər
Parlament büdcəni yenilədi
İranla Azərbaycanın dəmir yolları birləşir
İranla Azərbaycanın dəmir yolları 2016-cı ilin sonuna birləşdiriləcək.
Bu haqda fevralın 23-də İran prezidenti Hassan Rouhani prezident İlham Əliyevlə görüşündən sonra xəbər verib.
Trend-in xəbərinə görə, Hassan Rouhani deyib ki, İran və Azərbaycanın Astara şəhərlərinin dəmir yollarının cari ilin sonunadək birləşməsi vacib hadisə olacaq
Prezidentlər 11 sənəd imzalayıb
Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində tərəflər arasında 11 sənəd imzalanıb. Bu səsnədlər hansı sahələrə aiddir?
Büdcə yeniləndi
Yenilənən dövlət büdcəsinin gəlirləri - 16 milyard 822 milyon, xərcləri - 18 milyard 495 milyon manat olacaq.
Fevralın 23-də Milli Məclis büdcəyə dəyişiklikləri təsdiqləyib.
APA-nın xəbərinə görə, bu ilə dəqiqləşdirilən xərclər təsdiqlənmiş proqnozdan 13.7 faiz çoxdur. Yenilənib-dəqiqləşdirilən builki dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 673 milyon manat olacaq.
Yenilənən dövlət büdcəsində xam neftin satış qiyməti əvvəlkində 2 dəfə az - 25 dollar səviyyəsində götürülüb