Qubad İbadoğlu Mədən Sənayesində Şəffalıq Təşəbbüsü-nün İdarə Heyətinə seçildi
Hazırda ABŞ-ın Dyuk Universitetinin professoru vəzifəsində çalışan Qubad İbadoğlu yenə «Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü» təşkilatının (MSŞT) beynəlxalq idarə heyətinə tamhüquqlu üzv seçilib. Təşkilat hansı işlərlə məşğul olur? Q.İbadoğlu ilə söhbət
Dünyamin Xəlilovun həbs edildiyi bildirilir
APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilən sabiq deputat fevralın 20-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Həbs xəbərinin gec yayılmasının səbəbi isə açıqlanmır.
Əməliyyatı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirib.
Sabiq deputatın Beynəlxalq Bankla bağlı cinayət işində adı keçirdi. «Globus Plaza»nın sahibi olan D.Xəlilov dələduzluqda təqsirləndirilir.
İlham Əliyevin İrana rəsmi səfəri başlayıb
«Mehr» agentliyi xəbər verir ki, prezidentin başçılığı ilə nümayəndə heyətini Tehran hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmoud Vaezi qarşılayıb.
İnsanların orta boyu artır
Britaniyanın Esseks Universitetinin araşdırmalarına görə, avropalıların boy göstəriciləri artır. 1870-1980-ci illər arasında yaşayan insanların fiziki göstəricilərini öyrənən professor Tim Hatton iddia edir ki, bir əsrdə orta avropalı kişinin boyu 11 santimetr artıb. BBC bu dəyişiklikləri indiki Avropa Birliyi ərazisindəki həyat səviyyəsinin yüksəlməsi ilə izah edir. Universitetin araşdırmalarında qadınlarla bağlı rəqəmlərin yoxluğunu 100 il əvvəl zərif cinsin göstəricilərinin qeydə alınmaması ilə izah ediblər.