Azərbaycan Ordusunun 3 hərbçisi həlak olub
Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb. Erməni tərəfdən 7 , Azərbaycan tərəfdən 3 hərbçi ölüb.
Azərbaycanın 3 hərbçisi həlak olub #AzadliqLive http://t.co/gOc67Q0CzO via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 28.9.2015
Facebook bloqqerləri sevindirdi #AzadliqLive http://t.co/cz8kezqTFv via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 28.9.2015
Qardaşı ölən ərəb şahzadəsi yenə Azərbaycana gəlmişdi
18 milyardlıq sərvəti olan Dubay əmirinin varisi, bu yaxınlarda qardaşı dünyasını dəyişən Hamdan bin Muhammed bin Rasid el Maktoum yenidən Azərbaycana səfər edibmiş. Şahzadə və onunla birlikdə olanlar Hacıqabul rayonunun Qarasu kəndində məskən salmışdılar.
Qarasu kənd bələdiyyəsinin sədri Mirəyyub Babayev AzVision.az-a açıqlamasında ərəb milyarderin gəlməsi xəbərini təsdiqləyib və bildirib ki, Muhammed bin Rasid el Maktoum bir həftə bundan öncə Hacıqabul rayonunda olub, ancaq bir gün sonra gözlənilmədən geri qayıdıb. Onunla gələnlər isə "özləri ilə quşlar gətiriblər. Həmin quşları uçururlar, ancaq ov etmirlər. Bundan əlavə şahzadə özü ilə vəhşi göyərçinlər də gətirib. ”“Ərəb qonaqların kənd sakinləri ilə münasibəti yaxşıdır. Kəndin gəncləri pul müqabilində onların maşınlarını yuyur, yemək bişirirlər”.