Leyla Əliyevanın əsəri xeyriyyə hərracına çıxarılıb
Londonda məşhur rəssam və dizaynerlər tərəfindən göy qurşağının bütün rəngləri ilə çəkilmiş ikimetrlik DNT spiralları şəklində 21 heykəl xeyriyyə hərracında satışa çıxarılıb. Heykəlləri onkoloji xəstəliklərlə mübarizə aksiyalarını dəstəkləyən "Cancer Research UK" xeyriyyə təşkilatı üçün "SomeOne" dizayner firması yaradıb. Heykəllərin tərtibatında Zaha Hadid, Tyerri Nuar və Edmund de Vaal kimi memar, dizayner və rəssamlar iştirak edib.
Təqdim edilən heykəllərin sırasında Leyla Əliyevanın "Portağal ağacı" adlı işi də var. Leyla Əliyevanın sözlərinə görə, ağacın titrəyişi və onun narıncı barı ümidi simvolizə edir. Satışdan əldə edilən gəlir Frants Krik İnstitutunun elmi araşdırmalar fonduna və onkoloji xəstəliklərlə mübarizə proqramına 100 milyon funtun tələb olunduğu Cancer Research UK xeyriyyə mərkəzinə köçürüləcək.(buro247.az)
Nazir: Gələn il icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur
"2016-cı ildən Azərbaycanda nəhayət, icbari tibbi sığortanın tətbiqinə, icrasına başlanması nəzərdə tutulur".
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin 5 komitəsinin 2016-cı ilin dövlət büdcəsinə zərfinə həsr olunmuş birgə iclasında maliyyə naziri Samir Şərifov qeyd edib.
Nazirin qeyd etdiyinə görə, eyni zamanda, bu prosesi icra etmək üçün müvafiq dövlət qurumunun yaradılması gözlənilir.
İran qadın yığmasında 8 kişi var
İranın QADIN futbol yığmasının 8 oyunçusu KİŞİDİR. Bunu yazan Britaniya qəzeti Daily Telegraph bildirir ki, İranın Futbol Assosiasiyası kişiləri qadın yarışına buraxdığına görə “qeyri-etik” davranışda ittiham olunandan sonra, İran Futbol liqasına yaxın olan rəsmi- Mojtabi Sharifi İran xəbər saytlarına deyib: “ oyunçular (8 kişi - Telegraph) İran qadın yığmasında cinsi dəyişmək əməiyyatlarını hələ başa çatdılrmadan oynayıralr”.
Ancaq tənqidlərdən sonra çərşənbə günü hakimiyyət qadın yığmasında və klublarda aparıcı oyunçuların hamısının gender testindən keçməsinə əmr verib. Qadın yığmasında kimin kişi olması açıqlanmır.
İran qadın futbol yığması hicabda oynayır. 2014-cü ildə məlum oldu ki, yığmada 4 kişi var. Ondan sonra təsadüfi seçməklə, oyunçuların yoxlanması tətbiq olundu.
İranda cinsi dəyişmək əməliyyatı qanunidir. Bunu yazan Telegraph bildirir ki, bu barədə vaxtilə İran lideri Ayətulla Xomeyni fitva vermişdi.
Müəllim gününə pul yığanlar qovulacaq
Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib. Nazirliyin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov Trend-ə bildirib ki, pul yığanların məsələsinə baxılacaq, fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər. ŞİKAYƏT ÜÇÜN QAYNAR XƏTT İSƏ: 146. Ətraflı