Ribery oktoberfest-də pivədən imtina edib
Ənənəvi pivə festivalında - oktoberfest-də Bayern hər oyunçusuna 1 litr pivə içməyə icazə verilib. Ancaq heç də hamı bu hüquqdan istifadə etməyib. Frank Ribery pivənin yerinə mineral su içib və deyib ki, bu, pivədən daha faydalıdır. Fransadan olan Ribery müsəlmandır.
Münhenin Bayern klubu Avropa Çempionlar liqası çərçivəsində Zaqrebin Dinamo klubunu 5:0 udandan sonra ənənəvi oktyabr pivə fesivalına yollanıb. Fotolar
Məzahir Pənahov: "Kim gəlirsə, xoş gəlir, gəlmirsə, onun öz işidir"
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Milli Məclisə seçkilərə müşahidəçi yollamaqdan imtina etməsinə münasibət bildirib.
M.Pənahov deyib ki, bütün subyektləri, o cümlədən müşahidəçiləri Azərbaycanda keçirilən seçkilərdə iştiraka dəvət edirlər:
«Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, bu da onların öz işləridir. Bizim üçün əsas odur ki, ilk növbədə seçkilərdən Azərbaycan ictimaiyyəti razı qalsın.
200 MANAT MAAŞLA İPOTEKA?
«Bizim yol» qəzeti yazır ki, Milli Məclisin iclasında deputatlar Musa Quliyevlə Qənirə Paşayeva müəllimlərin və həkimlərin ipoteka probleminə toxunub. Onların hazırkı maaşla ipotekadan yararlana bilmədiklərini qeyd ediblər.
Qənirə Paşayeva deyib ki, orta məktəb müəllimlərinin əksəriyyətinin əməkhaqqı sosial ipotekadan yararlanmağa imkan vermədiyindən onlar üçün ilkin ödəniş, kreditlərin müddəti, həcmi və faizləri ilə bağlı xüsusi yanaşmaya ehtiyac var. Mətbuat icmalı