Nuşirəvan Məhərrəmli: "Güzəşt limiti bitib"
«Çox təəssüf ki, indiyə qədər verdiyimiz tövsiyələr nəticə verməyib. Azərbaycan efirindəki sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi, insanların heysiyyətinə toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq».
APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Ədalət Şükürov: "Gərək xalqın xətrinə dəyməyəsən"
Müğənni Ədalət Şükürov: " İnsanlar elə bilir ki ilin 12 ayını toylarda oluruq, amma belə deyil. İlin 6 ayını toya gedirik. Qalan ayları isə o pullarla dolanırıq. Dövlət tədbirlərində iştirak edəndə bizə 40-80 manat qonorar verirlər. Sabah müğənnilər efirə çıxmaqdan imtina etsələr, bütün kanallar dayanar. İnsanlara siyasətdən çox şou-biznes maraqlıdır. Onları bizim evimiz, maşınımız maraqlandırır. Mən ona görə evimi göstərmirəm. Bir otaqlı evdə yaşasam, deyəcəklər utanmır, müğənnidir yaşadığı evə bax. Lüks evdə yaşasam, deyəcəklər ki, qudurub." Əməkdar artist bunu Qafqazinfoya müsahibəsində deyir.
Toylara neçəyə gedirsiniz?- sualına isə Ədalət Şükürov belə cavab verib: " Son 8 ildir ki, 2500-3000 manat civarında gedirəm. Kimsə toya 10 minə gedirsə, öz işidir. Sənət adamı toya 100 minə də gedə bilər, amma o qiymətə onu toya çağıran varmı? Pulsuz getdiyim toylarda var. Bir neçə müğənni var ki, yüksək məbləğ deyib. İndi qiyməti sala bilmir və toyları yoxdur. Gərək xalqın xətrinə dəyməyəsən."
AzadliqLive - 1 oktyabr-da danışıb, müzakirə etdiyimiz mövzular
De Waal Azərbaycanın rəsmilərə hücumunu zərərli sayır
Tomas de Waal: "Mən əminəm ki, diplomatiya məsələsində Ermənistan tərəfi daha ağıllıdır. Hər iki tərəf çalışır ki, Rusiya və Qərb arasında balans saxlasın. Əlbəttə ki, Azərbaycanın hazırda Qərblə demokratiya və insan haqları ilə bağlı məsələsi var. Heç bir ölkə tamamilə Qərb və ya Rusiyanın yanında olmaq istəmir. Amma Ermənistanın taktikası hər kəsin - həm Qərbin, həm də Rusiyanın yanında olmaqdır. Azərbaycan isə daha aqressiv yol tutub. Məsələn, ABŞ dövlət katibi John Kerry-yə və başqa liderlərə şəxsi mənada hücum etmək və s. Məncə, bu, Azərbaycanın nüfuzunu aşağı salır, onun Qarabağ sülh danışıqlarına töhfə vermək qabiliyyətini azaldır. Belə çıxışlar ölkəni daha çox təcrid edir, John Kerry Azərbaycanla şəxsi olaraq maraqlanmır, Əgər John Kerry-nin yerinə kim olsaydı, bu, onun xətrinə dəyərdi, Azərbaycana kömək etməkdə maraqlanmazdı, Qarabağı prioritetlər sırasının yuxarısına qoymazdı. Şəxsi mənada deyilənlər və digər məsələlər, məncə, Minsk prosesinə təsir edir."