Keçid linkləri

2026, 11 Yanvar, bazar, Bakı vaxtı 00:07
Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

AzadlıqLive - Erdogan: "Rusiya ölümcül səhv edir"

Xəbərlər yenilənir

20:51 30.9.2015

"MTRŞ-ın o iki verilişi dayandırması qanuni deyil"

MTRŞ ANS televiziyasında yayımlanan "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" verilişlərini bir aylığa dayandırdı. Şuranın bu qərarı qanunidirmi?

Media hüquqçusu Xalid Ağəliyev AzadlıqLive-a belə cavab verir ki, qanunda dəqiq yazılıb ki, hansı məzmunda veriliş olsa, onda veriliş bağlana bilər: məsələn, ictimai asayişin pozulmasına çağırış və ya pornoqrafiya və s. Ancaq dayandırılan bu iki verilişin məzmunu o qadağan olunan məzmunlar sırasına düşmür. Ona görə də, hüquqşüasın fikrincə, Şura bu verilişləri dayandıra bilməz.

Hüquqşünas deyir ki, hüquqi baxımdan yanaşanda, veriliş hətta bayağı ola bilər, ancaq bu həmin məzmunun televiziyaya çıxarılmasının qabağını almağa əsas verə bilməz.

Xalid Ağəliyev hesab edir ki, problem Şuranın dediyi bayağılıqda deyil, azad media mühitinin olmamasındadır ki, televiziyaların əyləncə proqramlarından başqa yolu qalmır.

Gözlə

No media source currently available

0:00 0:12:16 0:00
Direct-ə keçid

20:33 30.9.2015

De Waal: "Kiçik müharibənin bir addımlığında"

"Biz hazırda sərhəddə kiçik həcmli müharibənin bircə addımındayıq". Bunu AzadlıqRadiosuna müsahibəsində mərkəzi Vaşinqtonda yerləşən Carnegie Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı, Dağlıq Qarabağ üzrə mütəxəssis Thomas de Waal deyib.

Sərhəddə nə baş verir? Tərəflər nəyə nail olmaq istəyir və gözləntilər nədir? Azərbaycan iddia edildiyi kimi işğal olunmuş rayonları geri ala bilərmi? Suriya müharibəsinin Dağlıq Qarabağ münaqişəsinə hansı təsirlər var? Bu suallara de Waal -ın cavabını bir az sonra saytımızda oxuya bilərsiz.

17:29 30.9.2015

Keçmiş KQB sədrinin ölümü həm Ramil Usubovu, həm də Abid Şərifovu ağlatdı

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə sentyabrın 29-da 86 yaşında vəfat edib. O, 1980-1988-ci illərdə Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsiinin sədri idi.

Azvision​.az saytı mərasimdən fotolar çəkib. Fotoları təqdim edirik:

Ramil Usubov
Ramil Usubov

Abid Şərifov
Abid Şərifov

16:38 30.9.2015

Twitter 140 işarə məhdudiyyətini götürür

“Twitter” sosial şəbəkəsi özünün 140 işarə məhdudiyyətini götürmək istəyir.Bunu Twitterdəki mənbənin məlumatına əsasən, recode.net saytı bildirir. Sayt yazır ki, bu, yeni məhsul olacaq, ancaq onun konkret necə olacağı hələ bəlli deyil. Hazırda bu sosial şəbəkədə 140 işarədən çox olan mətni yazmaq mümkün deyil.

Bir az əvvəl “Twitter” yalnız daxili mesajlarda işarə məhdudiyyətini qaldırmışdı.

Davamı

XS
SM
MD
LG